Previous Next
Bağla

Misir Mərdanov: “AMEA-nın intellektual və innovasiya potensialı yüksək səviyyədə təqdim olunmalıdır”

03-06-2022 22:50
Misir Mərdanov: “AMEA-nın intellektual və innovasiya potensialı yüksək səviyyədə təqdim olunmalıdır”

AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “TEKNOFEST Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA Rəyasət Heyətinin (RH) xüsusi iclasında çıxış edib.

Xeberler.az bildirir ki, alim “TEKNOFEST Azərbaycan” festivalının Türkiyədən kənarda ilk dəfə Bakıda keçirilməsini tarixi hadisə kimi qiymətləndirib. Qeyd edib ki, bu mötəbər tədbir elmin və texnologiyaların populyarlaşdırılması, Azərbaycanda aerokosmik texnologiyalar, müdafiə sənayesi və innovativ sahibkarlıq kimi sahələrin geniş təbliğ edilməsi, rəqəmsal bilik və bacarıqlara malik istedadlı gənclərə dəstək göstərilməsi, ölkədə kadr potensialının gücləndirilməsi və milli texnoloji həllərin inkişafı üçün zəmin yaradılması ilə yanaşı, həm də böyük siyasi əhəmiyyətə malikdir. Belə ki, məhz 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə prezidentlərinin bir araya gəlməsi bütün dünyaya siyasi mesaj verdi, iki qardaş ölkə arasındakı dostluq və strateji müttəfiqlik münasibətlərinin sarsılmazlığını nümayiş etdirdi.

Misir Mərdanov iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını, bütün sahələrdə Türkiyənin göstərdiyi dəstəyin, qarşılıqlı təcrübə mübadiləsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Baş direktor rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun “TEKNOFEST Azərbaycan” festivalında əsaslı tədqiqatların nəticəsi olan mühüm layihə ilə təmsil olunduğunu diqqətə çatdırıb. O, sözügedən layihənin ölkənin elm və təhsil müəssisələri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

“Azərbaycan Milli Elmlər Akademiyasının intellektual və innovasiya potensialının daha yaxşı təqdim olunması, müvafiq istiqamətdə mövcud problemlərin üzə çıxarılması və həyata keçirilən işlərin qiymətləndirilməsi üçün AMEA Rəyasət Heyətində xüsusi, fasiləsiz işləyən, səriştəli və qabiliyyətli əməkdaşlardan ibarət bir qurum yaradılmalıdır. Bu qurum Akademiyanın elmi-tədqiqat institutlarında həyata keçirilən işlərlə, alim və mütəxəssislərin əldə etdikləri elmi nəticələrlə yaxından tanış olmalı və Rəyasət Heyətinin iclaslarında müvafiq məlumatları diqqətə çatdırmalıdır”, – deyə alim bildirib. Baş direktor AMEA-nın potensialının ölkə başçısına və geniş ictimaiyyətə yüksək səviyyədə təqdim olunması istiqamətində zəruri addımların atılmasının Akademiyaya etimad göstərilməsində mühüm rol oynayacağını nəzərə çatdırıb.

AMEA-nın müxbir üzvü Misir Mərdanov 2023-cü ildə Türkiyənin Samsun şəhərində keçiriləcək 6-cı “TEKNOFEST” festivalında AMEA-nın fəal iştirakı və orada elm və texnologiya sahəsində məhsullarının nümayişi ilə bağlı mühüm tədbirlərin həyata keçirilməsi istiqamətində məqsədyönlü işlərin yerinə yetirilməsinin önəmini qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

Akademik Arif Həşimov: “TEKNOFEST” Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyənləşdirdi”

03-06-2022

Akademik Əli Abbasov:”Festivalda sərgilənən PUA-nın real nümunəsinin hazırlanması üçün razılıq əldə olunub”

03-06-2022

Rasim Əliquliyev: "Texnologiya festivalına ev sahibliyi etməyimiz Prezidentin siyasətinin nəticəsidir"

16-03-2022

Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı dərinləşəcək

01-06-2022

AMEA rəhbərliyi “Teknofest Azərbaycan” festivalında xüsusi pavilyona baxış keçirib

25-05-2022

Texnopark “Teknofest” festivalında 5 rezidentlə təmsil olunacaq

17-05-2022

AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

26-05-2022

Radiasiya Problemləri İnstitutu festivalda 2 eksponatla təmsil olunacaq

20-04-2022

AMEA Rəyasət Heyətində əməkdaşların kompüter avadanlıqları ilə təminatı 100 faizə çatdırılıb

22-04-2014

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016

AMEA-nın Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

02-10-2018

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

İnnovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisinə başlanılacaq

21-11-2013

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025

AMEA-da Magistratura şöbəsi yaradılır

07-09-2016

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016

Yüksək Texnologiyalar Parkının əsasnaməsi təsdiq olunub

07-08-2019

Dövlət rəsmiləri “TEKNOFEST Azərbaycan”da AMEA pavilyonu ilə tanış olublar

27-05-2022

AMEA Yüksək Texnologiyalar Parkına baş direktor təyin edilib

05-02-2021

AMEA və Azərkosmos ASC birgə layihələrini müzakirə edib

12-02-2019

Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi” fəaliyyətə başlayıb

03-02-2021

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə