Sumqayıt şəhərində “BarCamp Caspian 2009”-un təqdimatı oldu

24-02-2009 / 17:53

“BarCamp Caspian 2009” –a hazırlıq çərşivəsində Sumqayıt şəhərində, Potensial Sumqayıt Mütəxəssislər Birliyinin konfrans zalında təqdimat keçirilib.

Tədbirə İnformasiya Texnologiyaları sahəsində çalışan, bu sahədə təhsil alan tələbələr və eləcə də informasiya texnologiyalarına marağı olan 40-a yaxın iştirakçı qatılmışdır.  Təqdimatı “BarCamp Caspian 2009”-un təşkilatçılarından olan Rəşad Əliyev edib.

Sumqayıtda baş tutan tədbirin təşkilatçısı Eyvaz Qocayev ilk öncə Barcamp haqqında qısa məlumat verib və sonra Rəşad Əliyev müxtəlif ölkələrdə təşkil olunan Barcamp haqqında və eləcə də ölkəmizdə  keçirilən və 27-29 Mart tarixində keçiriləcək “BarCamp Caspian 2009”  haqqında ətraflı məlumatlar verib. Tədbirdə iştirakçıların sualları təşkilatçılar tərəfindən cavablandırıldı. Tədbirdə qərara alınıb ki, “BarCamp Caspian 2009” –un keçirilənədək Sumqayıtda bu cür təqdimatlar bir neçə dəfə keçirilsin.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə