Aztelekom - AzEuroTel anlaşılmazlığına son qoyulacaq

26-02-2009 / 16:00


"AZTELEKOM" istehsalat birliyi ilə "AzEuroTel" birgə müəssisəsi arasında yaranan anlaşılmazlığa bu yaxınlarda tam aydınlıq gətiriləcək. "Üç nöqtə"yə bu barədə məlumat verən "Aztelekom"un ictimayətlə əlaqələr şöbəsinin əməkdaşı Vidadi İsmayıl bildirib ki, martın 4-ə təyin olunan məhkəmənin növbəti qərarı ilə problem həllini tapacaq: "2007-2009-cu illər üzrə "Aztelekom" İB-yə 1 milyon manatdan artıq olan borcunu ödəmədiyi üçün 1 saylı Yerli İqtisad Məhkəməsinin qərarı ilə "AzEuroTel"in bank hesablarına həbs qoyulub.

 Bu həmin şirkətin fəaliyyətinin tam dayandırılmasına əsas vermir. Sadəcə borcun ödənilməsindən ötrü "AzEuroTel" vəsaitini ölkədən kənara çıxara bilməz, və ya istifadəsi də qeyri mümkündür. Hər şey məhkəmədə həll ediləcək. Hansı qurumun da haqlı olduğu bilinəcək". V.İsmayıl "AzEuroTel" birgə müəssisəsi ilə əvvəllər çox gözəl əməkdaşlıq etdiklərini bildirib: "Təssüf ki, son illər qarşı tərəfdən ödəmədə problemlər yaranıb. Bu da fəaliyyətimizi istənilən şəkildə davam etdirməyə imkan vermir". 

Vidadi İsmayıl həmçinin problemin həlli üçün orta məxrəcə gəlməyin mümkün olduğunu söyləyib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə