“Azercell”dən “100-də 100 qazanc” kampaniyası!

01-07-2009 / 18:13

“Azercell” fakturalı xətt abonentlərinə 100 faiz qazanc gətirəcək kampaniyaya başlayıb. “100-də 100 qazanc” kampaniyasına qoşulan abonentləri xeyli pulsuz xidmətlər – 100 dəqiqə danışıq, 100 SMS, 100 MMS, 100 Mb GPRS və pulsuz SOCLİR xidməti gözəyir. 

Şirkətin mətbuat xidmətindən xeberler.az-a verilən məlumata görə, iyulun 1-dən başlanan bu xüsusi kampaniyada bu tarixə qədər hər hansı səbəbdən  xətti iki tərəfli bağlı olan, yaxud kampaniya dövründə fakturasız xətdən fakturalı xəttə keçən, həmçinin yeni fakturalı xətt abonentlərinin iştirak etmək imkanı var.  Bunun üçün kampaniya dövründə  - bu il dekabrın 24-nə qədər – fakturalı xətt abonentləri öz xətlərini aktivləşdirməlidirlər. “100-də 100 qazanc” kampaniyası xəttini aktivləşdirən ilk 15.000 (on beş min) nömrə üçün növbəti 5 faktura dövrünü əhatə edəcək.

Kampaniya iştirakçıları 1-ci faktura dövründə 100 dəqiqə ərzində şəbəkədaxili pulsuz danışıq vaxtı qazanırlar. 2-ci faktura dövründə abonentə 100 pulsuz SMS hədiyyə olunur. Növbəti dövrdə isə 100-də 100 qazanc gətirən kampaniya öz abonenlərinə pulsuz 100 Mb GPRS bəxş edir. 4-cü və sonuncu faktura dövrlərində isə müvafiq olaraq 100 şəbəkədaxili pulsuz MMS və pulsuz SOCLİR xidmətindən istifadə hüququ verilir.

Bu xidmətlər rouminq və qısa nömrələrə zənglər üçün istisna olunur. Həmçinin, hər xidmətlər yalnız müvafiq faktura dövrünü əhatə edir və istifadə olunmayan hədiyyələr növbəti mərhələyə keçirilmir. Abonentlərə verilən hər bir növbəti pulsuz xidmətlə bağlı onlara məlumatlandırıcı SMS göndərilir.

Əgər abonentin xətti aktivləşdirmə, fakturasız xətdən fakturalı xəttə miqrasiya etmə və ya yeni fakturalı xətt abonentinə keçmə tarixindən növbəti faktura dövrünə 5 gündən az vaxt qalarsa, abonent ilk pulsuz xidməti növbəti faktura dövründə əldə edir. Əgər həmin müddət 5 gün və ya daha çox olarsa, onda  ilk pulsuz xidmət elə cari faktura dövründə abonentə təqdim olunur.  

Bu kampaniyasına qoşulan fakturalı xətt abonentləri sonradan hər hansı fakturasız xətt paketinə keçərsə və ya hər hansı səbəbdən xətləri iki tərəfli bağlanarsa, onlar üçün bu kampaniya çərçivəsində təyin olunan xidmətlərin qalığı ləğv edilir. Hər bir abonent bu kampaniyadan yalnız bir dəfə istifadə edə bilər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə