E-poçtlarını səliqəli etmək istəyən insanlar ümumiyyətlə məktubları fərqli qovluqlara qoyub təhlil etməyə vərdiş ediblər. Gmail istifadəçilərinin isə belə bir variantı yox idi. Google etiket sistemini təkmilləşdirməkdə israrlıdır. Bu israrının səbəbi isə çox sadədir, birdən çox etiket yapışdırıldığında hər şeyi asanca görmək mümkün olur.
Qovluq sistemində isə istifadəçi birdən çox xüsusiyyətə malik məktubları qovluqlardan birini seçərək ona atmaq məcburiyyətindədir. O məktubu təkrarən axtardığında isə səhv qovluğa baxaraq tapa bilməməsi və ya vaxt itirməsi mümkündür.
Google etiket sistemini inkişaf etdirir. Əsas məqsəd isə, istifadəçiləri üçün qovluqlara ehtiyacı qalmadan yaxşı bir sistem yaratmaqdır. Gmail-in Məsul şəxsi Meneceri Todd Jackson bu barədə açıqlama verərkən bildirib ki, “Məqsədimiz insanların e-poçtlarını tənzimləmələrini daha da asanlaşdırmaqdır”.
Gmail-də etiketin əsas cəhətləri isə bunlardır: Etiketlər ana səhifədə daha önəmli bir yer tutur. Özlərinə aid ayrı bir hissə yerinə sol tərəfə, chatın üzərinə və gələn qutusundakı əlaqələrə daha yaxın yerdə yerləşir. Bununla birlikdə araşdırma labaratoriyasından heç cür çıxmayan, etiketləri sağ tərəfə yerləşdirmə variantından da tamamilə imtina edir. Etiketlərin az istifadə edilənlərini “More”əlaqəsi altında saxlama imkanı təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri