Yahoo və Microsoft razılığa gəldilər

08-12-2009 / 21:03

Microsoft və Yahoo şirkətləri ABŞ-ın internet-axtarış və reklam bazarında əməkdaşlığa dair sazişin nəticələrini müəyyən edib.

Xeberler.az bildirir ki, sazişin yekun şərtlərinə əsasən, Yahoo gələcək 10 il ərzində əsas axtarış sistemi kimi Microsoft Bing axtarış servisindən istifadə edəcək.

Razılaşmaya görə, Yahoo həm Microsoft-a texnoloji və əmək resursları təqdim edəcək, həm də reklamları həm özünün həm də Microsoft-un saytında yerləşdirəcək. Xatırladaq ki, Microsoft və Yahoo müqavilənin şərtlərinə yenidən baxmaq üçün əlavə vaxt istəmişdilər.

Müəyyən edilmiş nəticəyə görə, gəlirlər bölünəcək, onun böyük hissəsi isə Yahoo-nun payına düşəcək. Müqavilədən Yahoo da, Microsoft da yararlana biləcək. Yahoo internet-reklamdan davamlı gəlir əldə edəcək, Microsoft isə öz növbəsində həm gəlir, həm də internet-axtarış bazarındakı mövqeyini genişləndirə biləcək. Saziş hələ ki ABŞ-ın aidiyyəti tənzimləyici orqanları tərəfindən bəyənilməyib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə