Böyük Britaniya vətəndaşları internetdə qanunları müzakirə edə biləcəklər

09-07-2010 / 21:29

Böyük Britaniya hökuməti ölkə vətəndaşına qüvvədə olan qanunvericilikdə hər hansı bir dəyişikliyin edilməsi üzə təkliflər irəli sürmək imkanı verən Your Freedom saytını istifadəyə verib.

İlk növbədə aktuallığını itirmiş və ləğv edilməsi özəl biznes sektorunun tənzimlənməsi üzrə sərtlik səviyyəsinin azalmasına kömək edəcək qanunları müzakirə etmək təklif olunub.

Öz təkliflərini və ya digər istifadəçinin bu və ya digər qanunla bağlı fikirlərinə dair şərhlərini irəli sürmək üçün vətəndaşa kifayət qədər sadə qeydiyyat prosedurasından keçmək tələb olunur. Bununla yanaşı, yeni resursda istənilən dövlətin rezidenti qeydiyyatdan keçə bilər, BFM.ru  yazır.

Daxil olan bütün təkliflər aidiyyəti qurumların mütəxəssisləri tərəfindən təhlil olunacaq. Nisbətən səmərəli və ağlabatan təkliflərin payız aylarına kimi xüsusi Freedom Bill aktında ümumiləşdirilməsi planlaşdırılır. Bundan sonra həmin təkliflər qanunverici aktların dəyişdirilməsində əsas kimi nəzərə alınacaq.
Saytı ziyarət edən istifadəçilərə bildirilir ki, layihənin məqsədi qanunların sayının çoxaldılması deyil, azaldılmasıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə