“Odnoklassiki” sosial şəbəkəsinə qeydiyyat pulsuz olub. Şəbəkənin yaydığı press-relizdə qeyd olunub ki, bu addım rəqiblərlə daha səmərəli mübarizə aparmaq məqsədi ilə atılıb. Bundan sonra şəbəkədə yeni qeydiyyatdan keçənlər yenə öz mobil nömrələrini daxil edəcəklər. Amma qeydiyyat haqqında göndərilən SMS pulsuz olacaq.
2008-ci ilin oktyabrında yaranan sosial şəbəkədə qeydiyyatdan keçmək ödənişli olsa da, qısa vaxt ərzində böyük populyarlıq qazanıb. “Odnaklassiki” əsasən MDB ölkələrində məşhurdur.
Qeyd edək ki, son dövrlər “Facebook” və “Twitter” kimi sosial şəbəkələrin nüfuzunun sürətlə artması “Odnaklassiki”ni geri addım atmağa məcbur edib. Xüsusilə dövlət başçılarının, siyasi liderlərin, şou-biznes ulduzlarının bu sosial şəbəkələrdə qeydiyyatdan keçməsi və bunun dünya mediasında geniş işıqlandırılması “Odnaklassiki”yə böyük zərbə vurub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri