Azərbaycanın Rabitə Nazirliyi ikinci "qaynar xətt" açıb

25-06-2011 / 18:06
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə ikinci "qaynar xətt" açıb. Bu barədə cümə axşamı nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov bildirib.
Əmirovun sözlərinə görə, "qaynar xətt"in açılmasında əsas məqsəd poçt rabitəsi, telekommunikasiya xidmətləri, eləcə də radio və televiziya xidmətlərindən istifadə zamanı yarana biləcək hər hansı bir problemə vaxtında cavab verməkdir.
Daxil olan zənglər haqqında məlumat hər gün bilavasitə ölkənin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova təqdim olunacaq.
Müraciət və təkliflər bazar ertəsindən cümə gününə kimi saat 09:00-dan 18:00-dək 598-08-69 nömrəsi ilə qəbul olunacaq. Abonentlər həmçinin bundan əvvəl açılan 598-08-98 "qaynar xətt"inə də zəng vura bilərlər.
//Trend

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə