Rəqəmsal yayıma keçid :“Səhərdən 400-ə yaxın zəngə cavab vermişəm”

01-11-2016 / 11:42

Məlumat verdiyimiz kimi, bu gündən  etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırıldı.

Qeyd etdiyimiz kimi, əhalinin bu yeniliklə bağlı yaşayacağı çətinliyini nəzərə alaraq  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli Qaynar xətt də istifadəyə verilib.

Səhər saatlarından rəqəmli yayıma keçidlə bağlı bizim də sayta vətəndaşlar tərəfindən sorğular daxil olur. Bəzi vətəndaşlar hətta qeyd edir ki, yeni yaradılan Qaynar xətt aktiv deyil.

Bunları nəzərə alaraq biz də Qaynar xətt-lə əlaqə saxlayıb, hazırda görülən işlər, vətandaşlara göstərilən xidmətlər və müraciət sayı ilə maraqlandıq.

14-11 zəng edən kimi  dəstəyi bir bəy götürdü və  “Teleradio Şurası, buyurun” deyərək müraciətimizə cavab  verdi.

Məlumata görə, səhər saatlarından başlayaraq  Qaynar xətt-ə çoxsaylı müraciətlər daxil olur.

Elə telefondakı bəy qeyd etdi ki, səhər oturandan   400-ə qədər zəngə cavab verib.

Qeyd edək ki, bu yalnız bir nəfərin cavablandırdığı sorğuların sayıdır. Qaynar xətt-də bununla bağlı bir neçə  mütəxəssis məşğul olur.

Daha sonra Qaynar xətt-in rəsmisi  məlumat verərək qeyd edib ki, vətəndaşların rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və suallarına  operativ cavab verilir.

Qeyd edlilib ki, Qaynar xətt-ə cəlb edilən mütəxəssislər vətəndaşları bu istiqamətdə yönləndirir, onlara təlimatlar verir:

“Vətəndaşların müraciətləri rəqəmli yayıma keçidlə bağlıdır. Səhərdən Qaynar xətt-ə çoxsaylı müraciət edilir. Mütəxəssislərimiz tərəfindən onlara izah edilir ki, rəqəmli yayım üçün yeni qurğular- dekoderləri  Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər.  Bununla yanaşı, onlara dekoderlərin quraşdırılma qaydası barədə də ətraflı məlumat verilir”.

Məlumata görə, Qaynar xətt 24 saat fəaliyyət göstərəcək.

Qurum rəsmisi deyib ki, həmçinin poctlarda satılan dekoderlərin üzərində də anlaşıqlı dildə qoşulma qaydaları barədə məlumatlar verilib. Vətəndaşlar bundan da yaralanıb, quraşdırılmada çətinlik yaşamayacaq.

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə