“Mobiloqrafiya” online foto müsabiqəsi davam edir

14-10-2011 / 12:12

“AZƏRFOTO” layihəsi olan və  “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən Azərbaycanın ilk online foto müsabiqəsi  “Mobiloqrafiya” davam edir. “Mobiloqrafiya” foto müsabiqəsi hər kəsin qatıla biləcəyi formatda təşkil olunmuş bir müsabiqədir. Çünki bu müsabiqədə yalnız peşəkar avadanlıqlarla çəkilmiş fotolar deyil, həmçinin mobil telefon, kiçik ölçülü həvəskar fotokameralar, planşet kompyuterlərlə və s. çəkilmiş foto şəkillər iştirak edə biləcək. Bu dəfəki “Mobiloqrafiya” foto müsabiqəsinə, şəhərin təmizliyinin qorunub saxlanılması və tullantılarla düzgün rəftar edilməsi məqsədilə şəhəri çirkləndirənlərin ifşa olunması, sakinlərin dürüst davranışı  və ictimaiyyətin rolunu əks etdirən mövzuda foto şəkillər qəbul olunacaq.

“Mobiloqrafiya” müsabiqəsinin yekununda təşkil olunacaq sərgidə qaliblər elan olunacaq. 

Ən çox səs toplamış foto – 350 AZN,

Ən peşəkar çəkiliş (münsiflər heyətinin qərarı) – 300 AZN,

Ən tərbiyəvi foto – 250 AZN,

Ən yaradıcı foto – 200 AZN,

Ən qeyri-adi foto – 150 AZN

Müsabiqədə iştirak edib, pul mükafatları qazanmaq şansını əldə etmək istəyənlər http://mq.foto.az internet səhifəsinə baş çəkib, “Qeydiyyat” bölməsində formanı doldurub iştiraklarını təsdiq etdikdən sonra, çəkdikləri foto şəkilləri sayta yükləyə bilərlər. Müsabiqə haqqında, həmçinin, (http://fb.com/mobiloqrafiya), Twitter (http://twitter.com/mobiloqrafiya) – da məlumat əldə edə bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə