Azərbaycan vətəndaşları internet vasitəsilə şəxsiyyət vəsiqəsi ala biləcəklər

20-10-2011 / 20:02
Azərbaycan vətəndaşları yaxın gələcəkdə internet vasitəsilə şəxsiyyət vəsiqəsi, pasport ala biləcəklər. Bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" qəzetinin bugünkü sayında dərc olunmuş məqaləsində bildirib.
Nazir qeyd edib ki, Prezidentin müvafiq fərmanına uyğun olaraq, əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili üzrə də əhəmiyyətli işlər görülür.
Bu tədbirlər çərçivəsində yaxın müddətdə vətəndaşlara internet vasitəsi ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə və lisenziyalar almaq və s. imkanları yaradan sistem istifadəyə veriləcək.
Nazirin sözlərinə görə, bütövlükdə elektron xidmətlərin siyahısı 25 istiqaməti əhatə edəcək.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə