“Multimedia” Mərkəzi 21 dekabr 2011-ci il tarixində ““Uşaqların İnternetdə təhlükəsizliyi: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa təşkil edəcək.
Son illərdə ölkədə genişzolaqlı İnternet istifadəçilərin və evlərdə İnternet istifadəçilərin sayının kifayət qədər artması uşaqların təhlükəsizliyinin diqqət mərkəzində saxlanılmasını zəruri edir. Odur ki, Multimedia Mərkəzi bu problemin hazırda aktual əhəmiyyət kəsb etməsini nəzərə alaraq bu istiqamətdə “Uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi” Layihəsini həyata keçirir. Adı çəkilən Dəyirmi Masa da bu Layihə çərçivəsində gerçəkləşir.
Dəyirmi Masanın keçirilməsində əsas məqsəd uşaqların İnternetdə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ictimai müzakirələr təşkil etmək və cəmiyyətin müxtəlif təbəqələrinin potensialını bu istiqamətdə cəmləşdirilməsinə kömək etməkdir.
Dəyirmi Masada uşaqların zərərli informasiyalardan qorunma yolları və bu sahədə problemlərin aradan qaldırılması istiqamətində uşaqlar, valideynlər və müəllimlər üçün zəruri olan metodiki-informasiya dəstəyi ilə bağlı müzakirələr aparılacaq.
Tədbirdə ölkədə uşaqların istifadəsi üçün nəzərdə tutulan “Təhlükəsiz internet” xidməti haqqında və uşaqların təhlükəsizliyinin təmin edilməsinə köməklik məqsədilə yaradılan www.netsafe.az İnternet resursu haqqında məlumat veriləcək.
Dəyirmi Masada müvafiq dövlət qurumlarının, təhsil müəssisələrinin, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə və Təhsil Nazirliyi Təhsil sisteminin İnformasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.
xeberler.az/Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri