Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev “Microsoft” Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşüb

28-01-2012 / 10:55
  Davosda keçirilən görüşdə Jan Kurtua ölkəmiz ilə əməkdaşlığın səviyyəsindən razılığını bildirib, qeyri-qanuni proqram təminatının qarşısının alınmasında, piratçılığa qarşı mübarizədə Azərbaycanın regionda nümunə olduğunu vurğulayıb.
Vitse prezident qeyd edib ki, Microsoft şirkəti informasiya təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ilə əməkdaşlığa hazırdır. Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük əhəmiyyət verildiyini, bu sahənin inkişafının ölkəmizdə prioritet elan edildiyini vurğulayıb.
Həmçinin tərəflər arasında "Microsoft"un böyük regional informasiya-hesablama mərkəzinin Azərbaycanda yaradılması məsələsi bir daha müzakirə edilib və bunun tezliklə reallaşması üçün işlərin sürətləndirilməsi qərara alınıb.
.//xeberler.az/Samir

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə