Azərbaycanın polis orqanları cinayətkarlıqla mübarizə sahəsində müasir texnologiyaların geniş tətbiqinə başlayıb.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə göndərdiyi 2012-ci ilə dair hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, əl-barmaq və ovuc əkslərinin elektron formatda götürülməsi, standart şəraitdə rəqəmsal fotoaparatla çəkilən şəkillərin mərkəzi serverdə toplanması məqsədi ilə növbəti mərhələdə dəmir yolu nəqliyyatında, Nəsimi, Sabunçu, Səbail, Nərimanov, Ağdaş, Beyləqan, Qusar, İmişli, Kürdəmir, Goranboy, Şabran, Tovuz, Zaqatala, Zərdab, Daşkəsən, Neftçala, Ucar, Saatlı və Siyəzən rayonlarında “Papilon DC-45M” skaner kompleksi quraşdırılıb.
Bundan başqa, 2012-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə Bakı şəhəri üzrə yeni modifikasiyalı 395 taksofon aparatından 222-nin “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə sistemi kameralarının görüntü dairəsində (50-nin qapalı ərazidə) yerləşdirilməsi təmin edilib. Rabitə operatorlarının abonentləri haqqında məlumatlar müvafiq bazanın altsisteminə yerləşdirilib, oğurlanmış, itirilmiş mobil telefonlar və abonentlərin identifikasiya modulu (sim kartlar və s.) barədə məlumat bazasının yaradılması və fəaliyyətinin tənzimlənməsinə dair qaydalar hazırlanıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri