Telefon vasitəsilə onlayn ticarət bir ildə 43% artıb
“ComScore” şirkətinin hesabatına əsasən, Avropa İttifaqında onlayn ticarət saytlarına daxil olan smartfon və digər mobil qurğu istifadəçilərinin sayı son 12 ay ərzində 43% artıb.
İCTnews-un verdiyi məlumata görə, hesabatda Avropanın 5 aparıcı bazarında – Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya bazarlarında mobil telefonlardan istifadəyə dair icmal təqdim olunub.
Aparılan araşdırmaya əsasən, Avropa istifadəçilərinin 20%-i internet mağazalarının saytlarına smartfonlar vasitəsilə daxil olur, eləcə də internetdə alış-veriş üçün xüsusi proqram təminatından istifadə edir. Bununla yanaşı, onların 14%-i ötən ay ərzində mobil qurğuların köməyi ilə alış-veriş etdiklərini bildirib.
Bundan başqa, mobil satışların ən sürətli artımının qeydə alındığı ölkə İspaniya (66,5% artım) və İtaliya (61, 1%) olub.
Onlayn alışlar edən ən çox smartfon istifadəçiləri Almaniya (9,9 milyon) və Böyük Britaniyadadır (9,7 milyon).