"Apple" şirkətinin siyasi səhvi şikayətə səbəb olub

31-10-2013 / 20:46

Tayvan hakimiyyəti ABŞ-ın “Apple” şirkətindən səhvi düzəltməyi tələb edib: “iOS7” və “OS X 10.9” yeni əməliyyat sistemlərində (ƏS) quraşdırılmış xəritələrdə ada dövləti Çinin ərazisi kimi göstərilib.

Bu barədə Tayvan Xarici İşlər Nazirliyinə istinadən Britaniyanın “The Telegraph” qəzeti yazıb. “Apple”ın xəritəsinin yeni versiyasında Tayvan "Tayvan əyaləti, Çin" kimi qeyd olunub. Şirkətin yeni kompüter və mobil telefonlarında "Tayvan" sözünü axtarışa verdikdə eyni nəticə alınır.

Ada dövlətin hakimiyyəti deyib ki, artıq korporasiyaya səhvi aradan qaldırmağı tələb edən rəsmi şikayət məktubu göndərilib. "Xəritələrdə göstərilmiş işarə həqiqətə uyğun deyil və Tayvanın suverenliyi üçün təhqiredicidir" – Tayvan Xarici İşlər Nazirliyinin Şimali Amerika münasibətləri departamentinin direktoru Kelli Se deyib.

1949-cu ildə öz müstəqilliyini elan etmiş Tayvan hazırda qismən tanınan dövlət statusuna malikdir. 20-dən çox ölkə ada dövləti ilə diplomatik münasibətlər qurub, lakin Tayvan hələ ki BMT-yə üzv olmayıb. Çin Xalq Respublikasının rəsmi hakimiyyəti adanı öz əyaləti hesab edir və vaxtaşırı onun ərazisinə öz iddialarını bildirir. (ictnews.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə