Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə UNESCO Statistika İnstitutu və Brookinqs Universal Təhsil Mərkəzinin təşəbbüsü ilə təhsildə qiymətləndirmə üzrə yaradılan beynəlxalq mütəxəssislər qrupunda təmsil olunur.
Qrup dünya ölkələri və beynəlxalq təşkilatlar üçün təhsilin inkişafı, təhsil
imkanlarının genişləndirilməsi, təhsildə informasiya texnologiyalarının
tətbiqi, təhsilin keyfiyyətin yüksəldilməsi və qiymətləndirmə ilə bağlı tövsiyələr
hazırlayır
Xeberler.az-ın məlumatına görə, beynəlxalq qrupda bir neçə səviyyə üzrə işçi qruplar formalaşdırılıb. Qlobal səviyyə üzrə işçi qrupunda Şərqi Avropa ölkələrindən yalnız TQDK sədri Məleykə Abbaszadə təmsil olunur. Milli səviyyəli və digər beynəlxalq işçi qruplarında TQDK əməkdaşları Natiq Əliyev və Vəli Hüseynovun adları var.
Beynəlxalq Qrup bu ilin ortalarinda təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin keyfiyyətinin müəyyən edilməsi yolları və qiymətləndrimə parametrləri ilə bağlı özünün 3-cü Hesabatını təqdim edib.
Adi çəkilən beynəlxalq mütəxəssislər qrupu hazirda 2015-ci ildə yekun sənəd təqdim etməyə hazırlaşır.
İlkin hesabatlarda təhsilin qlobal səviyyədə ölçmə meyarlarının hazırlanmasına üstünlük verilirdisə hazırda ölkə daxili qiymətləndirmə məsələsinə diqqət yetiriləcəyi haqda razılığa gəlinib.
Hazırda Beynəlxalq Qrup təhsilin bütün sahələrində tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün effektli mexanizmləri hazırlanmağa çalışır. 2015-ci ildə Beynəlxalq qrupun təşkilatı strukturlarının da təkmilləşdiriləcəyi gözlənilir. Təhsilim qiymətləndirilməsi üzrə informasiya təminatı da gücləndiriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri