“Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər” mövzusunda dəyirmi masa keçirilib

18-12-2014 / 12:47

Beynəlxalq Mətbuat Mərkəzində Vergilər Nazirliyiynin orqanı olan “Vergilər” qəzetinin təşkilatçılığı ilə “Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin, ASAN xidmətin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və s. rəsmiləri, Azərbaycan İnternet forumun prezidenti Osman Gündüz iştirak ediblər.

Tədbiri “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev açaraq elektron hökumət sahəsində görülən işlərin mətbuata və cəmiyyətə az ötürülməsindən şikayətlənib: “Bəzən elə bir vacib layihə həyata keçirilir ki, həmin layihə haqqında cəmiyyətə informasiya çox az ötürülür. Əgər sən böyük bir iş görmüsənsə onu mətbuat bilmirsə, deməli az iş görmüsən. Bu mənada görülən işlərin faydalı tərəfləri cəmiyyətə çatdırılmalıdır”.

Tədbirdə çıxış edən "Professional müsahib" jurnalının redaktoru Mehdi Babayev qeyd edib ki,  elektron xidmətlər çox aktual və vacib məsələdir. Həmin xidmətlərin başlıca funksiyası şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizədir.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz tədbirdə bildirib ki,  elektron xidmətlər haqqında cəmiyyətin məlumatlandırılmalıdır: “Elekton xidmət təqdim edildikdən sonra həmin xidmətlə bağlı televiziyalarda diskusiyalar aparılmalı, məlumatlar vətəndaşlara ekran vasitəsilə çatdırılmalıdır. Təəssüf ki, bununla bağlı, ciddi gəlişmələr müşahidə edilmir”.

AİF prezidentinin sözlərinə görə, elektron xidmətlər ilk növbədə sadə vətəndaşa xidmət etməlidir: “Elektron xidmət portallarının statistikasına nəzər salanda, cəmi bir neçə xidmət kütləvi xarakter daşıyır. Qalan xidmətlərdən isə 3-5 nəfər istifadə edir. Ona görə də biz deyə bilmərik ki, ölkədə elektron xidmətlərdə kütləvilik təmin olunur. Kütləvi və sosial əhəmiyyətli xidmətlərin inlk növbədə elektron fromaya keçirilməsinin qanunverici əsaslar hazırlanmalıdır. Yəni vacib  xidmətlər ilk növbədə elektrona çevrilməli və geniş kütləyə xidmət etməlidir”.

Osman Gündüz onu da vurğulayıb ki, xarici ölkələrdə elektron hökumət sözündən artıq istifadə olunmur: “Xaricdə daha çox mobil hökumət,  mobil xidmətlər sözündən istifadə olunur. Əgər bizdə böyük məblğdə vəsaitlər bu sahəyə qoyulursa, dərhal bu xidmətlər mobil texnologiyalar üzərinə gətirilməlidir”.

Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi İlqar Abdullayev çıxış edərək  vətəndaşlardan ən çox tələb olunan arayışların elektronlaşdırılacağını bildirib:

“Elektron Hökümət” portalı vasitəsilə bir çox arayışların elektron şəkildə verilməsi üçün hazırlıq işlərinin görülür. Yaşayış yerindən arayışın verilməsi, diplomlar barədə arayışın verilməsi, rabitə xidmət borclarının olmaması haqqında arayışların verilməsi, kommunal xidmətlər borcu olmaması haqqında arayışlar, abituriyentin ali məktəbə daxil olması, iş yerində əmək haqqları barədə arayış, sağlamlıq barədə tibbi elektron arayışın verilməsi, pensiya kapitalı barədə, şəxsiyyət vəsiqəsinin elektron surəti haqqında və s. xidmətlər elektron formada həyata keçiriləcək. Bu xidmətlərin elektronlaşdırılması həm rüşvətin, həm də bürokratik maneələri aradan qaldıracaq”.

Tədbir dövlət qurumlarının elektron xidmətlərlə əlaqəli məsul şəxslərinin çıxışları ilə işini davam etdirib.

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə