"Elektron hökumət" bülleteninin yanvar buraxılışı hazırdır

13-01-2015 / 15:33

"Elektron hökumət" bülleteninin 2015-ci il yanvar buraxılışı artıq hazırdır.

Xeberler.az-a Elektron Hökumət portalından verilən məlumata görə, bülletendə 2014-cü il ərzində"Elektron hökumət” portalı haqqındakı yeniliklər, maraqlı xəbərlər və statistik göstəricilər yer alıb.

Ötən il portala 114 yeni e-xidmət inteqrasiya edilib.

Bununla da portalda olan e-xidmətlərin sayı ümumilikdə 398-ə çatdırılıb.

Bu  ötən ilin yekunları ilə müqayisədə 40% çoxdur. Cari ildə portala əlavə olunan yeni elektron xidmətlər Vergilər Nazirliyinə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Ədliyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya, Əmlak Məsələləri Dövlət Komitəsinə və Dövət Miqrasiya Xidmətinə məxsusdur.

2014-cü il ərzində əhali arasında "E-hökumət” portalına olan maraq xeyli artıb. Belə ki, portaldakı e-xidmətlərdən istifadə sayı 6.7 milyonu keçib. Portalın istifadəçilərinin sayı 1,14 milyonu nəfəri keçib.

Portalın istifadəçilərinin rahatlığının təmin edilməsi, istifadə zamanı meydana çıxan sualların cavablandırılması, e-xidmətlərin göstərilməsində operativliyin və məsuliyyətin artırılması kimi məsələlər diqqət mərkəzində olub.

Portalda "Şəxsi kabinetim”və "Mənim xidmətlərim" adlı  bölmələr istifadəyə verilib. "Şəxsi kabinetim” modulu vasitəsi ilə istifadəçi şəxsi məlumatları ilə yanaşı, indiyədək etdiyi müraciətlərin siyahısını da əldə edə bilər. “Mənim xidmətlərim” modulu vasitəsilə istifadəçiyə öz maraq dairəsində olan və daha çox istifadə etdiyi e-xidmətləri ayrı siyahıda tutmaq imkanı yaradılır.

Bununla yanaşı, "Elektron hökumət" portalında "Əks əlaqə” və "Müraciətlər" adlı xüsusi bölmələr hazırlanıb. Dövlət qurumları vətəndaşlar tərəfindən e- xidmətlərlə əlaqədar göndərilən müraciətləri operativ şəkildə cavablandıracaq və e-xidmətlərdən istifadə zamanı  baş verən problemlərdən vaxtında xəbər tutacaqlar.

Vətəndaşlar isə istənilən e-xidmətə dair müraciətləri portal üzərindən xidmət təminatçısına ünvanlaya, verilən cavabları izləyə və qiymətləndirə biləcəklər.

Sosial yönümlü "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidməti yaradılıb və hazırda bu xidmətdən kreditlərin rəsmiləşdirilməsi məqsədilə bir sıra Banklar və kredit təşkilatları istifadə edir.

Bülletendə həmçinin "Elektron Hökumət" quruculuğu istiqamətində gündəmdə olan prioritet məsələlər də qeyd olunub. 

Mirvari Nəcəf

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə