“Elektron hökumət” portalına inteqrasiya olunan elektron xidmətlərin sayı durmadan artır.
Hazırda əksər dövlət qurumları portala qoşularaq elektron xidmətlərini istifadəçilərin ixtiyarına verib.
Xeberler.az ICTnews-a istinadən məlumat verir ki, artıq Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar, İqtisadiyyat və Sənaye, Vergilər, Energetika, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Səhiyyə, Nəqliyyat, Gənclər və İdman, Müdafiə Sənayesi nazirlikləri, Qiymətli Kağızlar üzrə, Şəhərsalma və Arxitektura, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə, Gömrük, Torpaq və Xəritəçəkmə, Əmlak Məsələləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə, Statistika, Diasporla İş üzrə, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitələri, Dövlət Sosial Müdafiə Fondu, Tələbə Qəbulu üzrə, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə dövlət komissiyaları, Mərkəzi Seçki Komissiyası, Miqrasiya, Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətləri, Müəllif Hüquqları, Satınalmalar üzrə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət agentlikləri, Dövlət Dəniz Administrasiyası, Milli Arxiv İdarəsi, Baş Prokurorluq, “Azərsu”, “Azərenerji” və “Meliorasiya və su təsərrüfatı” Açıq Səhmdar cəmiyyətləri portala qoşulub.
Portalda qurumların 405 e-xidməti yerləşdirilib.
Lakin Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda adı olan 5 dövlət qurumu hələ də portala qoşulmayıb. Bunlar Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Dövlət Mülki Aviasiya Administrasiyasıdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri