Azərbaycanlılar yeni proqram yaradıb

19-01-2015 / 16:13

“DGTL” Azərbaycan interaktiv agentliyi “uPuzzle” adlı əyləncəli proqram təqdim edib.

İstifadəçilər “iPhone” və “iPad” qurğuları vasitəsi ilə şəkillərini pazl formasında dostları və digər insanlarla paylaşa bilərlər.

Bunun üçün istifadəçilər əvvəlcə şəkli çəkir, sonra onu pazl şəklinə salır və öz dostlarına göndərir. Onlar isə şəkli istifadəçinin müəyyən etdiyi vaxtda düzgün toplamalıdır. Şəkli alan şəxs onu vaxtında toplamadıqda pazl ləğv olunur.

Proqramı "Apple Store" virtual mağazasından yükləmək olar.

                                                                                      Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə