Müasir İKT yeniliklər müzakirə edilib

02-05-2018 / 10:00

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclasında müasir İKT yeniliklərinə dair məruzə dinlənilib.

Xeberler.az bildirir ki, yeni texnoloji məhsullar haqqında məlumat verən institutun baş mütəxəssisi Oqtay Ələkbərov Panasonic şirkətinin təqdim etdiyi meqafonabənzər Megaphonyaku çoxdilli tərcümə xidməti haqqında məlumat verib.

Onlayn və oflayn rejimlərdə işləyən tərcüməçinin ictimai yerlərdə yapon dilindən ingilis, çin və koreya dillərinə avtomatik tərcümə məqsədilə istifadə olunduğunu söyləyən məruzəçi bu tərcüməçinin 300 cümlə və 1800 ifadəni əhatə etdiyini diqqətə çatdırıb.

Sonra O.Ələkbərov Waverly labs şirkətinin təqdim etdiyi pilot sinxron tərcümə qulaqcığı barədə danışdı. Bildirib ki, bu qulaqcığa malik olan, ingilis, fransız, italyan, portuqal, ispan dillərində danışan hər kəs pilot proqramı mobil telefonuna yükləməklə söhbətə qoşularaq bir-biri ilə ünsiyyət qura bilər. Hazırda ilkin satış mərhələsində olan qurğunun qiyməti 250 dollar təşkil edir.

O, həmçinin insanın arterial təzyiqi, ürək döyüntüləri, bədən temperaturu, qanın oksigenlə təmin olunması miqdarını ölçərək smartfona məlumatlar ötürən Scanadu Scout qurğusu, hiper-marketlərin kassa bölmələrində mövcud olan uzun növbələrin qarşısını almaq üçün hazırlanmış və müştərilərə ərzaqları paketlənmiş halda təqdim edən ağıllı səbətlər,  Sion şirkətinin günəş enerjisi ilə işləyən avtomobilləri, eləcə də avtomobillərin işləklik səviyyəsini vəziyyətini monitorinq edən Drivebot modulu haqqında ətraflı məlumat verib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə