Previous Next
Bağla

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair AMEA-nın vəzifələri müzakirə edilib

13-03-2026 11:03
Rəqəmsal inkişafın sürətləndirilməsinə dair AMEA-nın vəzifələri müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli gündəlikdə duran məsələlər barədə məlumat verib. Tədbirdə Akademiyanın rəhbərliyi, elmi müəssisə və təşkilatların direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

İclasda Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn vəzifələr müzakirə olunub. Akademik İsa Həbibbəyli bildirib ki, sənəddə AMEA-nın da qarşısında bir sıra vəzifələr müəyyən edilib.

Qeyd olunub ki, son illərdə Akademiyada rəqəmsallaşma və süni intellekt sahəsində mühüm addımlar atılıb. AMEA-nın Rəyasət Heyəti aparatında “Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər” şöbəsi fəaliyyət göstərir, elmi müəssisələrdə isə “Rəqəmsal elm sahəsi və süni intellekt” bölmələri yaradılıb.

Bundan əlavə, Akademiyada sənəd dövriyyəsinin tam elektronlaşdırıldığı, elektron kitabxana və elektron arxiv sistemlərinin inkişaf etdirildiyi bildirilib. İclasda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində “Kompleks geofiziki tədqiqatlarda süni intellektin tətbiqi” şöbəsinin yaradılması barədə də qərar qəbul olunub.

Eyni zamanda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Rəqəmsal şərqşünaslıq və süni intellekt”, Fəlsəfə və Sosiologiya İnstitutunda isə “Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar” şöbələrinə yeni rəhbər təyinatları təsdiqlənib.

İclasda gündəlikdə olan digər təşkilati və kadr məsələləri də müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025

AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

11-09-2025

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025

AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

22-07-2025

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023

AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

18-12-2025

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025

İnnovasiya xarakterli elmi tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisinə başlanılacaq

21-11-2013

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023

Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

09-12-2025

AMEA-da Elektron akademiya şöbəsinin prioritetləri təsdiqlənib

15-02-2023

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023

“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib

28-03-2023

AMEA-nın İctimai Elmlər Bölməsində süni intellektə dair məruzə dinlənilib

04-07-2025

Rəqəmsal arxitektura planı və AMEA-nın fəaliyyət istiqamətləri müzakirə olunub

18-02-2026

AMEA 2023-cü ildə Türkiyədə keçiriləcək “TEKNOFEST ” Festivalında iştirak edəcək

03-06-2022

Elektron akademiya şöbəsi yaradılıb

29-11-2023

AMEA-da Magistratura şöbəsi yaradılır

07-09-2016

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə