Məlumat verdiyimiz kimi, bu gün Bakı Ekspo Mərkəzində İKT üzrə regionun ən böyük İKT tədbiri - Bakutel 2015 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi öz işinə başlayıb.
Sərgi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Iteca Caspian və Caspian Event Organisers (CEO) şirkətlərinin təşkilatçılığı ilə keçirilir.
Nar şirkəti Bakutel 2015 XXI Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edir.
Xeberler.az-ın məlumatına görə, mobil operator özünün ən son yeniliklərini - innovativ məlumat bazası olan “Cloud” xidməti və 4G (LTE) yüksək sürətli internet bağlantısını təqdim edib.
“Cloud” xidməti Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq Nar tərəfindən təqdim olunan tamamilə yeni bir məhsuldur. “Cloud” xidməti bütün məlumatların bir mərkəzdə cəmləşməsinə imkan verən, məlumatın təhlükəsizliyini təmin edən və sistemin davamlı mükəmməlləşməsinə şərait yaradan bir yenilikdir. Bu innovativ məlumat bazasına müxtəlif cihaz və yerlərdən qoşulmaq mümkündür. Məlumat bazasına daxil olan bütün mənbə və ya qurğular eyni fayl üzərində əməliyyat aparırlar.
Bakutel 2015 sərgisi çərçivəsində Nar mobil operatorunun KİV təmsilçiləri ilə növbəti görüşü də baş tutub. Mətbuat nümayəndələrini son nailiyyətləri ilə yaxından tanış edən Azerfon MMC-nin baş icraçı direktoru Kent Maknili Nar mobil operatorunun 2015-ci il ərzində keçdiyi inkişaf yolundan danışıb.
“Şəbəkəsinin genişləndirilməsini hər zaman özünün başlıca prioritetlərindən biri hesab edən Nar cəmi 2 il ərzində şəbəkənin həcminin 2 dəfədən çox artırılmasına nail olub. LTE şəbəkəsindən istifadə etmiş abunəçilərin sayı isə 10 min nəfəri keçib. Qarşıdan gələn il ərzində Nar LTE şəbəkəsini 1000 baza stansiyasınadək genişləndirməyi və dünyada ən sürətli naqilsiz internet bağlantısı sayılan LTE Advanced (LTE-A) texnologiyasının tətbiqini planlaşdırır.
Digər bir yeniliyimiz isə Azərbaycan rabitə bazarında ilk dəfə olaraq Nar mobil operatorunun təqdim etdiyi “Cloud” xidmətidir. Bu xidmət sayəsində davamlı və kəsintisiz işləmə fürsəti qazanmaq, bütün prosesləri nəzarətdə saxlamaq və informasiya texnologiyalarına sərf edilən vəsaitə qənaət etmək mümkün olacaq”, - deyə Azerfon şirkətinin baş icraçı direktoru Kent Maknili qeyd edib.
Qeyd edək ki, “Cloud” xidməti elektron poçt, ofis proqramları, datanın təhlükəsiz saxlanması xidmətlərini təmin edir və məlumatın birgə istifadəsinə imkan yaradır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri