Nar-dan Turbo düymə təklifi

05-07-2018 / 17:32

Nar yeni Turbo düymə təklifini təqdim etdi.

Xeberler.az məlumat verir ki, Turbo düymə ilə cari Turbo internet paketinin bitmə tarixini gözləmədən internetin tam sürətini bərpa etmək mümkündür.

Qeyd edək ki, Turbo düymə yalnız Turbo internet paketlərində mövcuddur. Başqa sözlə, Turbo 50 düyməsi yalnız Turbo XS/S/M/L paketlərində, Turbo 500 düyməsi isə yalnız Turbo L+/XL/XXL/XXXL paketlərindədir. Turbo düymə-nin internet trafikindan cari Turbo internet paketinin istifadə müddətinin sonunadək yararlanmaq olar.

Belə ki, Turbo 50 düyməsinə qoşulmaq üçün Turbo 50, Turbo 500 düyməsinə qoşulmaq üçün isə Turbo 500 açar sözünü yazaraq 777-yə göndərmək lazımdır. Qoşulmaq üçün müvafiq olaraq *777#050#YES və *777#0500#YES şifrələrini yığmaq da kifayətdir. 50 MB internet trafikinin təqdim edildiyi Turbo 50 düyməsinin qiyməti 0,5 AZN, 500 MB trafikin verildiyi Turbo 500 düyməsinin qiyməti isə 1 AZN təşkil edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə