Bakıda beşinci “Caspian Investment Week” çərçivəsində “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) təşkilatçılığı, AKTA İdarə Heyətinin üzvü olan “Caspel” şirkətinin baş tərəfdaşlığı ilə 2-ci Beynəlxalq “Caspian Innovation Forum 2025” təşkil edilib. Forum müxtəlif sektorları təmsil edən geniş iştirakçı auditoriyasını bir araya gətirən, həm aktual mövzuları, həm də sektorlararası əməkdaşlığı özündə birləşdirən çoxprofilli proqramı ilə diqqət çəkib. II Forumda kibertəhlükəsizlik və süni intellekt mövzularına xüsusi diqqət ayrılıb.
Xeberler.az bildirir ki, forumda açılış nitqi ilə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov qurumun fəaliyyəti barədə qısa məlumat verərək kibertəhdidlərin artan dinamikasını və kibertəhlükəsizliyin dünya iqtisadiyyatına vurduğu ciddi zərərləri qeyd edib. O, Azərbaycan dövlət informasiya sistemlərinin beynəlxalq tələblərə uyğun şəkildə qurulduğunu bildirib.
“Caspel” şirkətinin İdarə Heyətinin sədri Ceyhun Quliyev açılış nitqində forumun məqsəd və missiyasının aktuallığını yüksək qiymətləndirərək, qlobal innovativ ekosistem və onun gələcək inkişaf imkanları barədə fikirlərini bölüşüb. Forumda iki panel çərçivəsində müzakirələr aparılıb.
AKTA-nın icraçı direktoru Rauf Cabarov Forumun “Kibertəhlükəsizlik, dayanıqlı inkişaf və innovativ sənaye texnologiyaları” adlı panelində çıxış edib. “Caspel” şirkətinin baş direktoru Natiq Paşayevin moderatorluğu ilə keçirilən panel çərçivəsində təhlükəsizlik yanaşmaları, kritik informasiya infrastrukturunun qorunması və sənayedə rəqəmsal dayanıqlığın artırılması üzrə aktual mövzular nəzərdən keçirilib. Rauf Cabarov regionda süni intellekt üzrə olan meyllərdən söz açaraq, ölkəmizin strateji təhlükəsizliyi və texnoloji tərəqqisi baxımından süni intellekt mərkəzlərinin inkişafının əhəmiyyətini xüsusi vurğulayıb. Paneldə AKTA üzvü olan STDC-nin (Sumqayıt Texnologiyalar Data Mərkəzi) direktoru Elvin Aslanov spiker qismində iştirak edib və data mərkəzlərin ümumi texnoloji inkişafda rolu barədə maraqlı məlumatlar verib. Paneldə həmçinin, kibertəhlükəsizlik strategiyalarının yenilənməsi, təhlükəsizlik ekosisteminin qlobal tendensiyalara uyğunlaşdırılması və sənaye sahəsində yeni texnologiyaların tətbiqi barədə fikir mübadiləsi aparılıb.
Forumun “Rəqəmsal iqtisadiyyat və süni intellekt erası” mövzusunda keçirilən digər paneldə müasir rəqəmsal transformasiya meyilləri, süni intellekt tətbiqlərinin iqtisadi sektorlara təsiri, böyük həcmli verilənlərin idarə edilməsi və rəqəmsal təhsil imkanlarının genişləndirilməsi kimi məsələlərə toxunulub. Burada AKTA üzvü olan “AzInTelecom” MMC-nin baş kommersiya direktoru Fərrux Fərəcullayev çıxış edib.
Müzakirələrin sonunda hər iki panelin spikerlərinə 2-ci Beynəlxalq “Caspian Innovation Forum 2025”in uğurlu təşkilinə verdikləri dəstəyə görə təşəkkürnamə sertifikatları təqdim edilib.





Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları