Azərbaycanın bölgələrinə xüsusi diqqəti ilə seçilən ən sərfəli mobil operator “Nar” Gəncə şəhərində mobil rabitə laboratoriyası təsis edib. Laboratoriya Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin nəzdində yaradılıb.
Mobil rabitə laboratoriyası ATU-nun texniki peşələr üzrə təhsil alan tələbələrin mobil rabitə texnologiyalarını təcrübədə öyrənmələrini təmin edəcək. Eləcə də, tələbələrin işini asanlaşdırmaq üçün laboratoriya noutbuk və digər zəruri avadanlıqlarla təchiz edilib.
Laboratoriyanın açılışı zamanı “Nar”ın (Azerfon MMC) baş icraçı direktoru Qunnar Panke bildirib: “Bu laboratoriya “Nar” olaraq, bölgələri diqqətdə saxlamağımızın növbəti nümunəsidir. Texnoloji tərəqqi ilə ayaqlaşan biznes olaraq, bölgələrdə azərbaycanlı rabitə mütəxəssislərini yetişdirmək “Nar”ın ölkənin rabitə sahəsinə yatırımıdır”.
Azərbaycan Texnologiya Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov “Nar”a təşəkkürünü bildirib: “Universitetimiz qarşısına əsl mütəxəssislər hazırlamağı hədəf qoyub və bu hədəfə nail olmaq üçün “Nar”ın öz zəngin təcrübəsini bizimlə paylaşmağı çox vacibdir. Özəl bizneslərin bu dəstəyi sayəsində tələbələrimiz universitetimizi ixtisaslarının peşəkarları olaraq bitirəcəklər”.
Qeyd edək ki, ölkədə yerli İT mütəxəssislərini hazırlamaq məqsədilə, mobil operator “Nar” Azərbaycan Texniki Universiteti (Bakı) və Azərbaycan Texnologiya Universiteti (Gəncə) ilə tərəfdaşlıq edir. Bu tərəfdaşlıq sayəsində artıq hər iki univeristetdə “Nar” mobil rabitə laboratoriyası fəaliyyət göstərir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri