Previous Next
Bağla

Gələcəyin məlumat emalı mərkəzləri

18-11-2025 10:00
Gələcəyin məlumat emalı mərkəzləri

“Gələcəyin MEM-ləri” tədqiqatı* süni intellektin (Sİ) artan tələblərini ödəyə bilən və dayanıqlı inkişaf prinsiplərinə uyğun fəaliyyət göstərən məlumatların emalı mərkəzlərinin (MEM) yaxın 30 il ərzində layihələndirilməsini və tikintisini formalaşdıracaq tendensiyaları müəyyən edib.

1. Respondentlərin yalnız 46%-i onların cari MEM layihəsinin dayanıqlılıq məqsədlərinə cavab verdiyini bildirib. MEM-lərin ənənəvi hava soyutma sistemləri hazırda enerji səmərəliliyi və ekoloji öhdəliklər arasında tarazlığı təmin edə bilmir. Buna görə də şirkətlərin 92%-i texnologiya tərəfdaşı seçərkən, CO 2 tullantılarının kompensasiyası üzrə xidmətlər və innovativ enerji səmərəliliyi həlləri təklif edənlərə üstünlük verir.

2. Respondentlərin 88%-i üçün məlumatların müstəqilliyi prioritet təşkil edir. Sorğuda iştirak edənlərin 99%-i bu amilin gələcək MEM-lərin arxitekturasını müəyyən edəcəyini bildirib.

3. Respondentlərin 94%-i MEM üçün əsas tələb kimi aşağı şəbəkə gecikməsinin təmin edilməsini qeyd edib. Bu, real vaxt və kənar hesablama tətbiqlərinin sayının artması ilə şərtləndirilir.

4. Sorğuda iştirak edənlərin 41%-i etiraf edir ki, onların təşkilatları hələ də Sİ-ni effektiv şəkildə inteqrasiya etməyə hazır deyil. 62%-in isə Sİ-nin və avtomatlaşdırmanın gələcək İT strategiyalarına böyük təsir göstərəcəyi ilə bağlı gözləntiləri var.

2055-ci ilin MEM-ləri necə olacaq?

“AKT II” mühəndislik şirkəti “Mamou-Mani” memarlıq bürosu ilə birlikdə tədqiqat məlumatlarına əsaslanaraq su soyutma texnologiyasından istifadə edən dayaqlı MEM-lərin konsepsiyalarını vizuallaşdırıb. Bu texnologiya daha az enerji sərf edir, bu da konsepsiyaların səmərəliliyini və ekoloji cəhətdən uyğunluğunu artırır.

Mühəndislərin və dizaynerlərin fikrinə əsasən, 30 ildən sonra MEM-lər təbii sərvətlərdən səmərəli şəkildə istifadə edəcək və istifadə olunmamış və əlçatmaz əraziləri infrastruktura inteqrasiya edəcək.

1. Uçan bulud MEM-ləri: MEM-lərin 20-30 km yüksəklikdə (hava yollarından təhlükəsiz məsafədə) yerləşdirilməsini nəzərdə tutur. Onların enerji ilə təmin edilməsi 24/7 rejimində günəş enerjisi sayəsində həyata keçiriləcək, soyudulması isə təzyiq altında maye istilikdaşıyıcısı olan hermetik qapalı konturlar vasitəsilə reallaşdırılacaq, bu da atmosferin çirklənməsinin qarşısını alacaq. Bu növ MEM-lər aerostatlarda yerləşdirilə və bir neçə moduldan ibarət klasterlərə birləşdirilə bilər.

2. Data kəndləri: onların arxitekturası şəhər infrastrukturunun ehtiyaclarına uyğunlaşmış qalaqlanan bloklar və ya kapsullar prinsipinə əsaslanır. Onların su hövzələrinin yaxınlığında yerləşməsi səmərəli maye soyutmanı təmin edəcək və artıq qalan istiliyin enerji təchizatı və ya sosial infrastrukturun isidilməsi üçün istifadəsinə imkan verəcək. Əsas qoşulma nöqtələrinə yaxınlıq sayəsində şəbəkə gecikməsinin azalması isə əlavə üstünlük kimi qiymətləndirilir. Geotermal enerji ilə işləyən və təbii landşafta (dərəyə və ya laquna) inteqrasiya olunmuş Data Spa (SPA MEM) alternativ bir seçim ola bilər. Bu yanaşma biofil arxitekturanın formalaşmasına kömək edəcək.

3. MEM-bunker: MEM-lərin tərk edilmiş tunellərdə, bunkerlərdə və ya nəqliyyat infrastrukturu elementlərində yerləşdirilməsi nəzərdə tutulur. Yeraltı məkanların alternativ şəkildə istifadə edilməsi hesablama gücünün artırılması üçün yeni ərazilərə olan ehtiyacı minimuma endirir, obyektlərin ətraf mühitə minimal təsirlə, təhlükəsizlik təhdidlərinə və təbii fəlakətlərə qarşı daha yüksək dayanıqlılıqla mərkəzi bölgələrdə yerləşdirilməsinə imkan yaradır və istiliyi təbii üsulla effektiv şəkildə yayır.

*Tədqiqat Lenovo şirkətinin sifarişi ilə 2025-ci ilin avqust ayında “Opinium” şirkəti tərəfindən aparılıb. Almaniya, İtaliya, Norveç, İsveç, Böyük Britaniya və BƏƏ-də 250-dən çox əməkdaşı olan şirkətlərin 250 İT rəhbəri sorğuda iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artıracaq

01-05-2025

Yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

20-11-2024

Yaşıl hesablamalar: davamlı gələcək üçün innovasiyalar adlı seminar keçirilib

18-12-2024

Ağıllı qaz sayğacları iyulun 1-dən istifadəyə veriləcək

28-05-2022

Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

21-08-2025

Dünyada ən böyük Data Mərkəz tikiləcək

23-08-2017

Kompüterlər su ilə soyudulacaq!

10-11-2009

Bioloji kompüterlə daha effektiv hesablama dövrünə keçid edilir

04-02-2025

Məlumat mərkəzləri üçün yaşıl sertifikasiya sisteminin yaradılması təklif edilir

31-01-2026

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

23-10-2025

“Aztelekom” Günəş enerjisi ilə işləyən stansiyalarını istismara verib

12-03-2026

Gələcəyin kompüteri necə olacaq?

19-04-2017

Yeni yaradılacaq Data Mərkəzi üçün TIER 3 sertifikatı alınıb

07-10-2019

Yaşıl enerji böyük məlumat mərkəzləri üçün mühüm rol oynayır

05-12-2023

Yaşıl İT sahəsində problemlər araşdırılır

02-05-2018

Yeni texnologiya smartfonları 10 dəfə tez enerji ilə doldurmağa imkan verəcək

16-11-2015

Ölkələr külək, günəş və su enerjisindən istifadəyə keçə bilər

25-11-2015

“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib”

09-06-2020

Avropa Komissiyası təmiz enerjiyə keçid səylərində Azərbaycanı dəstəkləməyə davam edəcək

02-02-2023

Çində sualtı kompüter serveri istifadəyə veriləcək

06-10-2025

Kaspersky uşaqların mobil telefondan ən çox hansı tətbiqlərə daxil olduğunu araşdırıb

16-06-2021

Plazma televizorlarının satışı qadağan olunacaq

13-01-2009

İEA: Enerji müəssisələrinə qarşı kiberhücumlar üç dəfə artıb

10-04-2025

Azercell yaşıl baza stansiyalarının sayını artırır

14-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə