“Nar” Quba və Mingəçevirdəki abunəçilərinin görüşünə gəlir!  

18-08-2022 / 17:37

Maraqlı vaxt keçirmək və dəyərli hədiyyələr qazanmaq istəyənlər üçün “Nar” bölgələrdə əyləncədolu yay kampaniyasını davam etdirir. Növbəti kampaniya avqustun 19-u Qubada, 21-də isə Mingəçevir şəhərində keçiriləcək.

Xeberler.az bildirir ki, tətilinizə rəng qatmaq istəyirsinizsə, sevdiklərinizlə birgə “Nar”ın yay kampaniyası üçün özəl hazırladığı oyunlara qoşulub əylənərək hədiyyələr qazana, xüsusi köşkdə xatirələrinizi fotolara həkk edə bilərsiniz. Onlayn müsabiqələri sevən abunəçilər isə “Nar”ın sosial media səhifələrindəki yarışlara qoşularaq yay kampaniyasının yekununda keçiriləcək musiqili festivala bilet qazana bilərlər.

Yay kampaniyası ilə bağlı yeniliklərdən kampaniyanın rəsmi simaları olan İradə Qədirova (Instagram: irada_gadirova), Samirə Əfəndi (Instagram: efendi_music) və Cəfər Nəcəfovu (Instagram: jafarnajafov) izləməklə xəbərdar ola bilərsiniz.

 

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.