Aparatın 2016-cı ildə Marsa göndərilərək Qırmızı planetə ilk ekspedisiya üçün məlumatlar toplaması planlaşdırılır.
Xeberler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, qabariti orta minik maşınının qabaritinə bərabər olan "InSight” seysmik aktivliyi, planet səthində istilik mübadiləsini tədqiq edəcək, eləcə də geodeziya ilə məşğul olacaq. Bununla alimlər Marsı öyrənməklə yanaşı, belə planetlərin, o cümlədən Yerin necə formalaşmasını anlamağa çalışacaqlar.
2016-cı ildə buraxılması gözlənilən "InSight” təyinat yerinə təxminən altı aydan sonra çatacaq. Hazırda mütəxəssislər onun yüksək ekstremal temperaturlara dözümlüyünü yoxlayır, ətrafında vakuum daxil olmaqla açıq kosmosa oxşar şərait yaradır, akkumulyatorların işini sınaqdan keçirirlər. “Aparatın yığılması problemsiz başa çatıb və onun işləməsini görmək vaxtı artıq çatıb. Ətraf mühit şəraitində sınaqlar qurğu Yerdə olanadək bizim aradan qaldıra biləcəyimiz çatışmazlıqları aşkar etmək məqsədi daşıyır”, - "InSight” proqramının idarəedicisi Sty Spat bildirib.
"InSight” beynəlxalq layihədir. Layihə üzərində Avstriya, Belçika, Kanada, Fransa, Almaniya, Yaponiya, Polşa, İspaniya, İsveçrə, Böyük Britaniya və ABŞ mütəxəssisləri çalışıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri