“Naxçıvana noutbukların daşınmasına qadağa qoyulmayıb”

27-07-2015 / 12:59

AZAL mətbuatda Naxçıvan Muxtar Respublikasına noutbuk buraxılmaması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

AZAL-ın mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır.

Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır.

Məlumatda bildirilir ki, noutbukların daşınmasına qadağa qoyulmayıb və Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə