Previous Next
Bağla

Rəqəmsal hökumətdə geriyə doğru addım - Osman Gündüz

02-12-2025 19:01
Rəqəmsal hökumətdə geriyə doğru addım - Osman Gündüz
"Dövlət satınalmalarının rəqəmsallaşdırılması, xüsusilə eSatınalma portalının (etender.gov.az) təkmilləşdirilməsi istiqamətində son illərdə müəyyən irəliləyişlər baş verib. Antiinhisar və istehlak bazarına nəzarət dövlət xidməti və İRİA bu sahədə bir sıra addımlar atıb və artıq satınalmalar elektron şəkildə həyata keçirilir. Lakin bir müddət əvvəl araşdırma apararkən ciddi bir problemi qeyd etmişdim: tender iştirakçıları portal üzərindən tələb olunan bütün sənədləri elektron qaydada əldə edib sistemə yükləyə bilmirdilər".

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, diqqətçəkən məqamlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) satınalma üçün vacib xidmətinin-inzibati cərimələrlə bağlı arayışın hələ də portala inteqrasiya olunmaması idi:
 
"Nazirlik o zaman bu problemi aradan qaldırmaq üçün öz saytında həmin arayışın elektron əldə edilməsi imkanını yaratmışdı. Yəni sahibkar real vaxtda eSatınalma portalından deyil, heç olmasa Nazirliyin saytından həmin sənədi alıb portala yükləyə bilirdi.
 
Hazırda isə Nazirliyin saytındakı bu elektron xidmət də tamamilə dayandırılıb. Artıq hüquqi şəxslər inzibati cərimələr haqqında arayışı nə eSatınalma portalından, nə də Nazirliyin öz saytından elektron şəkildə əldə edə bilmirlər.
 
Bu arayışı almağın yeganə yolu – ƏƏSMN-in Dövlət Əmək Müfəttişliyi Xidmətinə kağız formada müraciət etməkdir.
 
Bu isə, dövlət idarəetməsində geriyə doğru addımdır, yumşaq desəm biabırçı vəziyyətdir".
 
Osman Gündüzün sözlərinə görə, ölkənin ən çox rəqəmsal transformasiya olunan qurumunda belə bir absurd halın yaşanması çox düşündürücüdür:
 
"Normalda süni intellekt texnologiyalarının tətbiqi ilə bu cür arayışlara ümumiyyətlə ehtiyac qalmamalı idi. Sistem bütün məlumatları özü müəyyənləşdirməliydi. Bizdə isə əksinə olaraq, “yarımrəqəmsaldan” kağıza doğru geriyə dönüş baş verib.
 
Bir az araşdırdıqda ortaya belə bir mənzərə çıxır: ƏƏSMN əslində xidməti rəqəmsallaşdırıb. Amma Antiinhisar Agentliyinin portalına inteqrasiya edə bilməyib.
 
Səbəb olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin arayışın elektron formada verilməsi üçün lazım olan məlumatları Məhkəmə-Hüquq Şurasından ala bilməməsi göstərilib.
 
Bu səbəbdən Dövlət Əmək Müfəttişliyi Xidməti xidmətin elektron təqdimatını dayandırıb, xidmət Nazirliyin saytından da çıxarılıb və xidmətin təqdim edilməsi dədə-baba qaydasına keçirilib.
 
Rəqəmsal transformasiyaya və rəqəmsal hökumətə cavabdeh mərkəzi qurum – RİNN, İRİA mövcud olduğu halda belə uyğunsuzluqların baş verməsi anlaşılmazdır".
 
Ekspert bildirib ki, əgər dövlət qurumu xidməti rəqəmsallaşdırıbsa, onun inteqrasiyası təmin olunmalıdır. Yoxsa bir qurumun “vermirəm”, digərinin isə “inteqrasiya edə bilmirəm” deməsi dövlət idarəçiliyinə yaraşan yanaşma deyil:
 
"Daha pisi isə dövlət qurumlarının istədiyi an elektron xidmətləri bağlaması, aktivləşdirməsi, inteqrasiyadan çıxarmasıdır. Anlamıram ki bu necə baş verə bilər. Vətəndaşlara qarşı yetərincə cərimələr müəyyən edən hökumətin məmurların bu tip ağlasığmaz addımlarına biganə yanaşması çox düşündürücüdür.
 
Ümid edirəm İRİA, ƏƏSMN, Antiinhisar Agentliyi və Məhkəmə-Hüquq Şurası bu problemi qısa zamanda həll edəcək və dövlət satınalmalarında rəqəmsal hökumət prinsiplərinə uyğun, fasiləsiz və tam rəqəmsal proses təmin olunacaq".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz: Tenderlərdə iştirakla bağlı sənədləşmə tam rəqəmsallaşmayıb

04-10-2024

Məhkumluq arayışlarını portaldan əldə etmək mümkün olacaq

21-01-2025

Ekspert: eSatınalma portalı dövlət qurumları üçün problemə çevrilib

24-05-2021

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

Dövlət satınalmalarında iştirak üçün təqdim olunan arayış elektronlaşdırılıb

04-09-2023

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

27-04-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

Azərbaycanda dövlət satınalmalarında iştirak edən sahibkarlara artıq e-arayış veriləcək

08-09-2023

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015

Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

12-03-2021

“İş yerindən arayış” elektron xidmət istifadəyə verildi

02-12-2014

11 mindən çox istifadəçi elektron arayış əldə edib

17-02-2015

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

16-04-2015

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015

İş yerindəki bədbəxt hadisələrlə bağlı elektron xidmət istifadəyə verildi

25-08-2016

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

05-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə