Bakıda olduğu kimi, İslamabadda da “ASAN xidmət” adını daşıyan dövlət xidmətləri mərkəzi fəaliyyət göstərir. Maraqlı və xoş bir təsadüfdür ki, urdu dilində də, eynilə Azərbaycancada olduğu kimi, “ASAN” sözü “asan”, “khidmat” sözü isə “xidmət” mənasını verir. Bu iki söz bir araya gəldikdə, vətəndaşa ünvanlanan aydın bir vəd yaranır: siz xidmət almaq üçün bizə müraciət etdikdə, biz bu prosesi sizin üçün asanlaşdırırıq.
Xeberler.az məlumat verir ki, bunu Pakistanın İnformasiya Texnologiyaları və Telekommunikasiya üzrə Federal naziri Şaza Fatima Xavaca Bakıda keçirilən "Dayanıqlı inkişaf naminə gələcəyə hazır dövlət institutlarının formalaşdırılması üzrə əsas məruzələr" adlı plenar sessiyada çıxışı zamanı deyib.
Şaza Fatima Xavaca bildirib ki, “ASAN xidmət” mərkəzində vətəndaş bir mərkəzə müraciət edir, əməkdaşla əlaqə saxlayır və eyni dam altında müxtəlif dövlət qurumunun xidmətlərindən yararlana bilir. Bu mərkəzin açılışı cari ilin yanvarında həyata keçirdi. Mərkəz 12 dövlət qurumunun təqdim etdiyi 64 xidmətlə fəaliyyətə başladı və bu günədək 171 mindən çox vətəndaşa xidmət göstərib.
“Qeyd etməliyəm ki, bunu mümkün edən əsas amillərdən biri Prezident İlham Əliyev ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında mövcud olan şəxsi və qardaşlıq münasibətləridir”, – deyə o əlavə edib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları