“GoogleMap” xəritəsində Azərbaycana aid toponimlər, yer, şəhər adları dəyişdirilmiş formada göstərilir ki, bu da ölkəmizə qarşı aparılan müəyyən düşmən siyasəti nəticəsində meydana gəlir.
Düzdür, bu istiqamətdə müvafiq işlər aparılır, buna baxmayaraq, mövcud çətinliklər var.
Xəbərlər-in məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov “Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən “Elektron hökumət” bülleteninin may sayının təqdimatı üzrə keçirilən brifinqdə bildirib.
Qabil Abbasov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Elektron hökumət” portalına inteqrasiya edilən elektron xəritə -“GoMap”-ın yaranma zərurətinə toxunub:
“Belə qərara gəlindi ki, “GoogleMap” xəritəsinə alternativ olaraq daha düzgün, dəqiq məlumatları cəmləşdirən “GoMap” yaradılsın. Eyni zamanda Azərbaycana gələn turistlərin respublika daxilində sərbəst hərəkət etmələri üçün bir naviqasiya sistemi formalaşdırılsın. Bununla bağlı qərar 2008-ci ildə verilib və ölkə başçısının dəstəyi ilə demək olar ki, ölkənin ilk elektron xəritəsi yaradıldı”.
Nazirlik rəsmisi xəritədə yalnız turizmlə bağlı məlumatların əks olunmadığını deyib: “Çalışdıq ki, burada maksimum şəkildə obyekt, qurum, küçə, ev və digər məsələlərin əhatə olunmasına nail olaq. Hazırda xəritə üzərində 25-dən çox adam işləyir və bu, “Sinam” şirkəti tərəfindən icra olunur. Mütəmadi olaraq xəritədə yenilənmələr gedir”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri