Previous Next
Bağla

Nəhəng İKT şirkətləri Azərbaycana gəlir

24-04-2015 22:52
Nəhəng İKT şirkətləri Azərbaycana gəlir

«Google», «Facebook», «Yahoo» kimi dünyaca məşhur şirkətlər dəfələrlə müraciət edərək Azərbaycanda öz bizneslərini inkişaf etdirmək istədiklərini bildiriblər.

Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin texniki direktoru Məzahim Quliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yüksək texnologiya, innovativ tutumlu məhsulların istehsalı və xarici bazarlara çıxarılması üçün münbit zəmin formalaşıb: "Ölkəmizdə maliyyə resurslarına çıxışlar xeyli asanlaşıb, əcnəbi investisiyaları cəlb etmək üçün lazım olan addımlar atılır. Bunun üçün ilk şərt olan hüquqi baza yaradılıb və onun həyata keçirilməsi üçün funksional mexanizmlər hazırdır".

Ölkədə qurulmaqda olan və yaxın zamanlarda istifadəyə verilməsi planlaşdırılan Data Mərkəzin yaradılması, strateji əhəmiyyəti və əsas funksiyaları barədə qeyd edilib ki, yaxın gələcəkdə onun vasitəsilə həm rabitənin yüksək səviyyədə təminatına, həm də telekommunikasiya mərkəzinin geniş təchizatına şərait yaradılacaq: "Bunun üçün dövlət strukturları ilə birlikdə müəyyən işlər həyata keçirilir. Yuxarıda adı çəkilən nəhəng şirkətlərin öz serverlərini yeni qurulan Data Mərkəzdə yerləşdirməsi ilə hazırda bəzi hallarda müşahidə edilən trafikin ləngimə məsələsi də tam aradan qalxacaq. Bəzən istehlakçılar şikayət edir ki, internetin keyfiyyətində problemlər var və sürətdə ara-sıra müəyyən ləngimələr müşahidə edilir. Data Mərkəzin istifadəyə verilməsi və böyük İT şirkətlərinin ölkəmizdə bizneslərini inkişaf etdirməsi nəticəsində yerli istehsalçılar üçün də geniş imkanlar yaranacaq və onlar bundan faydalana biləcəklər”.

Qeyd edilib ki, Data Mərkəzin may ayında sınağı keçiriliəcək. Bu mərkəzin qurulması ilə Azərbaycanda İKT sahəsində yeni era başlayacaq. 

xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ilk dəfə Data Mərkəz istifadəyə veriləcək

Azərbaycanda ilk dəfə Data Mərkəz istifadəyə veriləcək

10-04-2015
DATA Mərkəz nə zaman istifadəyə veriləcək?- Açıqlama

DATA Mərkəz nə zaman istifadəyə veriləcək?- Açıqlama

07-06-2016
“Data Mərkəz” necə olacaq?

“Data Mərkəz” necə olacaq?

10-04-2015
Regional DATA mərkəzin sertifikatlaşdırılması davam edir

Regional DATA mərkəzin sertifikatlaşdırılması davam edir

03-09-2015
Dünyanın ən bahalı brendləri məlum oldu

Dünyanın ən bahalı brendləri məlum oldu

01-07-2020
Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

02-11-2020
Regional DATA mərkəzin sertifikatlaşması yekunlaşır

Regional DATA mərkəzin sertifikatlaşması yekunlaşır

17-09-2015
Data Mərkəz istifadəyə tam hazırdır

Data Mərkəz istifadəyə tam hazırdır

23-10-2015
DATA Mərkəzin yaradılması müsbət addımdır - Nəticələr

DATA Mərkəzin yaradılması müsbət addımdır - Nəticələr

18-05-2015
 İnternetin qiyməti aşağı düşə bilər

İnternetin qiyməti aşağı düşə bilər

12-04-2015
«TikTok» rəsmiləri Azərbaycanda səfərdədir

«TikTok» rəsmiləri Azərbaycanda səfərdədir

06-10-2022
Ceyhun Əliyev: Yevlaxdakı ehtiyyat DATA-mərkəz iyulda təhvil veriləcək

Ceyhun Əliyev: Yevlaxdakı ehtiyyat DATA-mərkəz iyulda təhvil veriləcək

12-03-2019
Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

20-12-2010
«Twitter»dən istifadə pullu olacaq

«Twitter»dən istifadə pullu olacaq

27-07-2020
Azərbaycan startapı xaricdən 100 min dollarlıq yatırım alıb

Azərbaycan startapı xaricdən 100 min dollarlıq yatırım alıb

25-01-2023
İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018
Nazir DATA-mərkəzin istismara veriləcəyi tarixi açıqlayıb

Nazir DATA-mərkəzin istismara veriləcəyi tarixi açıqlayıb

07-08-2015
Azərbaycanda “Trendyol”a rəqib rəqib gəlir

Azərbaycanda “Trendyol”a rəqib rəqib gəlir

28-04-2023
Data Mərkəzin təchizatı hansı şirkətlərə tapşırılacaq?

Data Mərkəzin təchizatı hansı şirkətlərə tapşırılacaq?

14-07-2016
Nazirlikdən  İnformatika  fənni ilə bağlı açıqlama

Nazirlikdən İnformatika fənni ilə bağlı açıqlama

07-08-2017
Yevlaxda inşa olunacaq DATA mərkəzi ölkənin kibertəhlükəsizlik səviyyəsini artıracaq

Yevlaxda inşa olunacaq DATA mərkəzi ölkənin kibertəhlükəsizlik səviyyəsini artıracaq

11-03-2019
Yevlaxda ehtiyat DATA-mərkəzi tikilir

Yevlaxda ehtiyat DATA-mərkəzi tikilir

07-03-2019
Əli Abbasov: "İnvestisiyalarımız məhsullarımızı dünya bazarına çıxarmağa yönəlib"

Əli Abbasov: "İnvestisiyalarımız məhsullarımızı dünya bazarına çıxarmağa yönəlib"

11-04-2015
«Azərpoçt» kuryer və əşya çatdırılma xidmətləri bazarına keçir-Sədr açıqladı

«Azərpoçt» kuryer və əşya çatdırılma xidmətləri bazarına keçir-Sədr açıqladı

19-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə