“Data Mərkəz” necə olacaq?

10-04-2015 / 15:20

“Data Mərkəzin ümumi enerji istifadəsi 2 MVt-dır. Mərkəzin ümumi sahəsi 100 kvadrat kilometrdir”.

Xəbərlər-in məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin nümayəndəsi Məzahim Quliyev brifinq zamanı bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə rəflərin sayı 200 olacaq. Məlumatların saxlama həcmi 30 petabyt, ötürülmə sürəti isə 10-100 GE təşkil edəcək.

Məzahim Quliyev deyib ki, Azərbaycanda Data mərkəzin yaradılmasının başlıca amilllərindən biri ölkəmizdə İKT sahəsinin artan xətlə inkişaf etməsi, çoxsaylı informasiya resurslarının və xidmətlərin yaradılması, onlardan istifadənin genişlənməsi və texnologiyaların inkişafında irəli gələrək yaranan məlumat təlabatının çoxalmasıdır. Mərkəzin nümayəndəsi bildirib ki, Mərkəzin yaranması qərarından sonra “Uptime” İnistitutu tərəfindən müəyyənləşən və etibarlılıq səviyyəsinin əsas göstəriciləri hesab olunan kateqoriyalara müvafiq olaraq “Tier III” səviyyəsində MESM-in qurulması işlərinə starat verilib.

““Tier III” səviyyəli Məlumat Mərkəzinin iş fəaliyyətinin 100 faizlik əmsalı üzrə 99, 982 faiz etibarlılıq təmin ediləcək. Belə mərkəzlərdə il ərzində cəmi dayanma vaxtı 1,6 saat ola bilər”.

Mərkəzin fəaliyyətindən geniş danışan Məzahim Quliyev onu da qeyd edib ki, “Tier III” bütün bunlar texniki şərtlərdə nəzərə alınıb və mərkəzin səviyyəsində qurulması bügünkü reallığa cavab verir: “Bütün mühəndis alt sistemləri rezervasiya olunub. Məsələn, əsas soyutma sistemini götürək. Bu sistem sıradan çıxarsa, onu ehtiyat soyutma sistemin əvəz edəcək”.

Data Mərkəzin yaradılması BMT-nin İnkişaf Proqramı (UNDP) çərçivəsində həyata keçirilib.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə