“WhatsApp”a tərcümə funksiyası əlavə olunub

24-09-2025 / 14:18

“WhatsApp”a tərcümə funksiyası əlavə olunub. Bu yeniliklə, fərqli dildə yazılmış mesajları sadəcə üzərinə basıb saxlayaraq "Tərcümə et" seçimi ilə tərcümə etmək mümkün olacaq.

Xeberler.az bildirir ki, istifadəçilər tərcümənin hansı dildən və hansı dilə olacağını seçə bilər, həmçinin gələcəkdə istifadə etmək üçün dil paketlərini endirmək imkanı da var. Bu funksiya həm fərdi söhbətlərdə, həm qruplarda, həm də Kanal yeniləmələrində mövcuddur.

Qeyd edək ki, android istifadəçiləri bütün söhbət üçün avtomatik tərcüməni aktiv edə bilərlər. Bu zaman, həmin söhbətdə gələcək bütün mesajlar avtomatik olaraq tərcümə olunacaq.

WhatsApp, tərcümə prosesinin istifadəçinin cihazında aparıldığını və bu səbəbdən mesajların şifrələnmiş olaraq qaldığını bildirir. Şirkət, bu yeni funksiyanın 180-dən çox ölkədəki 3 milyarddan çox istifadəçi arasında dil baryerini aradan qaldıracağını vurğulayır.

Bu addım, Apple-ın "Messages" proqramına canlı tərcümə funksiyasını əlavə etməsindən bir neçə ay sonra atılıb. Tərcümə funksiyası artıq Android və iPhone istifadəçiləri üçün mərhələli şəkildə aktivləşdirilir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə