“Nokia” şirkəti Azərbaycanda süni intellektə malik yerli məlumat mərkəzinin yaranacağını gözləyir.
Xeberler.az məlumat verir ki, bunu “Nokia Solutions and Netvorks Bakı” MMC-nin Azərbaycan və Avrasiya üzrə regional direktoru Aleksandr Şunin (Alexander Shunin) “Rəqəmsallaşmada yeni mərhələ” tədbirində panel zamanı çıxışında deyib.
“Trafik artdıqca şəbəkə optimallaşdırma və inkişaf tələb edəcək. Bu gün süni intellekt (AI) artıq bütün sənayedə əhəmiyyətli dəyişikliklər edir. İndi süni intellektin aktiv inkişafı fonunda bütün dünyada operatorlar şəbəkənin periferiya səviyyəsində yerli məlumat emalı mərkəzi yaradırlar. Təbii ki, bu proses Azərbaycandan da yan keçməyəcək. Süni intellektə malik yerli məlumat mərkəzi yaranan kimi texnologiyaların Azərbaycan dilinə uyğunlaşdırılması məsələsi ortaya çıxacaq. Bu prosesdə rabitə operatorları əsas rol oynayacaq. Biz artıq qonşu ölkələrdə oxşar nümunələri görürük - məsələn, Qazaxıstan süni intellektini qazax dili üçün uyğunlaşdırır. Əminəm ki, yaxın gələcəkdə Azərbaycanda da analoji addım atılacaq”, - deyə A.Şunin əlavə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri