Previous Next
Bağla

Ekspert: Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək?

14-03-2025 15:50
Ekspert: Tənzimləyici qurum 5G üçün tezlikləri nə zaman verəcək?
Bir neçə gün öncə “Nokia”nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, şirkətin Avrasiya üzrə bölməsinin satış direktoru Aleksandr Şunin Bakıda jurnalistlərə maraqlı bir açıqlama verib.
 
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib.
 
Ekspert qeyd edib ki, “Onlayn Azərbaycan” layihəsinin yekunu ilə bağlı tədbirdə jurnalistlərə açıqlama verən Nokia rəsmisi açıqlayıb ki, tənzimləyici razılıq verən kimi, Azərbaycanda 5G infrastrukturunun reallaşdırılmasına hazırıq:
 
"Normalda, bu açıqlama aydın səmada göy gurultusu yaradacaq bir hadisədir. Maraqlıdır ki, sektorun tənzimləyici qurumu İKTA hələlik buna münasibət bildirməyib. Əslində isə ciddi ittihamdır.
 
Xeyli müddətdir ki, Azərbaycanda 5G ilə bağlı ləngimələr müzakirə mövzusudur. Artıq qonşu ölkələrdə, Qazaxıstanda, Ermənistanda, Gürcüstanda və s. ölkələrdə 5G istiqamətində ciddi addımlar atılıb, lisenziyalar və tezliklər hərrac yolu ilə operatorlara verilib, real işlək şəbəkələr fəaliyyətdədir.
 
Ölkəmizdə isə bu istiqamətdə işlər çox ləng gedir. Son zamanlar 5G tezliklərinin istifadəyə hazırlanması istiqamətində xeyli faydalı işlər görülsə də, bu tezliklərin hansı qaydada operatorlara veriləcəyi aydınlaşmayıb.
 
Əlbəttə, hər gün tarifləri qaldıraraq 3G və 4G-dən yetərincə gəlir əldə edən mobil operatorlar 5G üçün elə də maraqlı deyillər, güman ki bu gedişlə heç maraq da göstərməyəcəklər.
 
Gərək hökumət, tənzimləyici qurum lisenziya əsasında fəaliyyət göstərən mobil operatorlardan bu istiqamətdə investisiyaların yatırılmasının vacibliyi ilə bağlı işlər aparsın".
 
Osman Gündüzün sözlərinə görə, xərclər yüksək olduğundan vahid bir 5G baza stansiyaları şəbəkəsindən istifadə edilməsi də mobil operatorları maraqlandıra bilərdi:
 
"Əgər mobil sektorda rəqabət bu qaydada "dondurulmuş" formada davam edəcəksə onda 4-cü mobil operatorun bazara buraxılması da müzakirə predmeti olmalıdır.
 
Hələlik isə görünən odur ki bizdə mobil sektorda rəqabətin inkişafı yetərli deyil, operatorlar əlavə xidmətlər, əlavə texnologiyalar tətbiq etmək əvəzinə mövcud bəsit xidmətlərin tariflərini qaldırmaqda maraqlıdırlar.
 
Son zamanlar müşahidə olunur ki mobil operatorlar mobil internet trafikini “qızıldan qiymətli” ediblər. Ən bəsit mobil xidmətlərin tariflərini xeyli qaldırıblar.
 
İKTA mobil sektorda rəqabətin gücləndirilməsi və tariflər sahəsində, 5G üçün tezliklərin hərraca çıxarılması istiqamətində səylərini gücləndirməlidir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bu il mobil operatorlara 5G lisenziyası verilə bilər

08-01-2024

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024

Mobil operatorlar yeniliyə yox, qazanca fokuslanıb – 5G bizdən yan keçir - Ekspert

11-06-2025

Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

18-03-2025

Nokia: Tezlik verilərsə, Azərbaycanda 5G infrastrukturunu reallaşdıracağıq

10-03-2025

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025

Ekspert: Mobil operatorlar arasında rəqabəti necə gücləndirmək olar?

24-01-2022

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022

5G ilə bağlı regionda və Azərbaycanda vəziyyət necədir?

17-05-2023

Azərbaycanda mobil rabitə tarifləri azaldılır

29-04-2015

Mobil rabitə və mobil internetin keyfiyyəti pisləşib

16-01-2024

Ölkədə WhatsApp və Skype-ı hansı qurumlar bloklayır?

17-05-2017

Ekspert: Region 6G-yə hazırlaşır, Azercell hələ GPON ilə məşğuldur

24-05-2025

“İnternet xidmətlərinin keyfiyyəti hədsiz dərəcədə pisləşib”

30-03-2018

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

Tənzimləyici qurumun "Yerdəki"nə gücü çatmır "Göydəki"ndən hesabat istəyir - Osman Gündüz

27-08-2025

Ekspert: Nazirlik çoxdan 5G ilə bağlı açıqlamalar verməli idi

05-09-2022

Doğurdanmı tənzimləyici qurum prioritetləri müəyyənləşdirə bilmir?

23-05-2025

Nə üçün mobil operatorlar Naxtel-i almaqdan imtina ediblər? - Osman Gündüz

02-09-2025

Osman Gündüz: Mobil nömrə daşınmasından gözləntilər özünü doğrultmayıb

19-04-2014

Mobil operatorlar qarşılıqlı ödəmələrdə vahid tarifə keçir?

03-12-2014

Ekspert:görəsən FHN, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi ?

19-08-2022

Ekspert: "Starlink"in Azərbaycanda fəaliyyətə başlaması nəyi dəyişəcək?

02-04-2025

İKTA hesabat verib

09-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə