Previous Next
Bağla

Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək

14-08-2025 16:37
Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək
"İki gün öncə Prezident İlham Əliyev tərəfindən rəqəmsal hökumət quruculuğu və rəqəmsal transformasiya ilə bağlı bir neçə sənəd təsdiqlənib. Həmçinin də indiyədək bu sektoru tənzimləyən bəzi sənədlər ləğv edilib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, yeni qəbul edilən normalara görə Elektron hökumət Portalı öz ömrünü başa vurub və onun yerini Elektron Hökumət İnformasiya Sistemi tutub. RİNN və İRİA da xeyli yeni səlahiyyətlər qazanıb:
 
"İndiyədək dövlət idarəetməsində olmayan bir məqam da diqqətimi cəlb etdi.
Adətən dövlət qurumları hansısa işlərin görülməsinin yekunu olaraq ya Prezidentə, yaxud da Nazirlər Kabinetinə ildə bir dəfə hesabat verirdilər.
 
Yeni qəbul edilmiş sənədlərdə isə bu səlahiyyəti RİNN əldə edib, qurumlar artıq elektron xidmətlərlə bağlı görülmüş işlərə dair hesabatı RİNN-ə təqdim edəcəklər".
 
Osman Gündüzün sözlərinə görə, cəmi 3 il öncə qəbul edilən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsinə də xeyli əhəmiyyətli dəyişikliklər edilib:
 
"Baxmayaraq ki, İRİA adətən Nazirlik qarşısında hansısa təkliflər verən, məsələ qaldıran qurum olaraq tanınır, bu dəfə yeni səlahiyyətlər də qazanıb. Elektron xidmətlərin qiymətləndirilməsi, inteqrasiyalar və informasiya mübadiləsi sahəsində, dövlət qurumlarının bu sahədəki təkliflərinə rəylərin verilməsi və s. bu tip istiqamətlərdə qurumun Nizamnaməsinə yeni müddəalar əlavə edilib.
 
Bundan sonra elektron xidmətlər EHİS vasitəsilə yalnız “bir pəncərə” prinsipi ilə təqdim ediləcək. myGov-un da əhatə dairəsi genişlənib. İşıq, qaz və su ilə bağlı xidmətlər “Vahid Kommunal Xidmətlər” vasitsəilə EHİS-ə inteqrasiya olunub və bu xidmətlər myGov vasitəsilə mərkəzləşmiş formada alınacaq".
 
Ekspert bildirib ki, açıq məlumat portalı ilə bağlı da yeni tənzimləyici müddəlar təsdiqlənib. Bundan sonra qurumlar bu tip məlumatların istehsalını və portala inteqrasiyasını da təmin etməlidirlər:
 
"Beləliklə, rəqəmsal transformasiya ilə bağlı yeni tənzimləyici sənədlərə nəzər salanda görmək olar ki, rəqəmsal hökumət quruculuğunda, elektron xidmətlər sahəsində bundan sonra ölkədə tam yeni bir mühit formalaşacaq.
 
Artıq elektron xidmət və rəqəmsal sektorda məsuliyyət bölgüsü və cavabdehlik xeyli konkretləşib. İnteqrasiya ilə bağlı icraya cavadehliyi, məsuliyyəti şərtləndirən konkret müddəalar yeni sənədlrədə öz əksini tapıb.
 
Düşünmək olar ki, qarşıdakı qısa zaman kəsiyində rəqəmsal hökumət quruculuğunda, bütövlükdə sektorda ciddi dönüş yaranacaq.
 
Qəbul edilən yeni sənədlərə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sektorda rolu xeyli güclənəcək.
 
Ümid edirəm Prezident tərəfindən təsdiqlənən yeni tənzimləyici sənədlər əsasında RİNN, İRİA rəqəmsal hökumətin, bütövlükdə sektorun inkişafını xeyli sürətləndirə biləcəklər".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

27-01-2023

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023

Elektron sənəd dövriyyəsi rəqəmsal transformasiyanı sürətləndirəcək-RƏY

02-08-2023

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi" dəyişib

12-08-2025

RİNN-in bütün elektron xidmətləri "mygov"a inteqrasiya edilib

12-02-2025

Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?

18-09-2024

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018

Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi təsdiqlənib

18-08-2025

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

23-02-2023

DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

28-08-2019

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024

Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

19-03-2018

Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

10-01-2025

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019

Vətəndaşlar rəqəmsal xidmətlərdən məmnundurmu?

13-06-2023

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

"eGov" niyə "ASAN"dan alınıb nazirliyə verildi?- EKSPERT ŞƏRHİ

25-11-2022

RİNN-in bütün elektron xidmətləri vahid portalda

13-05-2022

Ekspert: Məmurlar və qurumlar eGov məsələsində öz ampulasındadırlar

19-11-2019

Ekspert: İRİA-nın vəsaitindən istifadə qaydaları və sədri dəyişib

16-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə