Previous Next
Bağla

Ekspert:Rusiyadan qaçan İT mütəxəssislər hara gedirlər ?

22-04-2022 18:16
Ekspert:Rusiyadan qaçan İT mütəxəssislər hara gedirlər ?

İT sektora yaxın olan bir amerikan şirkəti ”EPAM”ın bütün dünyaya səpələnən ofislərində bəlkə də yüz minlərlə mütəxəssis çalışır. Əsasən qlobal şirkətlərin, xüsusilə də Google-nin sifarişlərin yerinə yetirirlər.

Xeberler.az məlumat verir ki, “EPAM” 90-cı illərdə Sovetlər dağılanda belarusların ABŞ-da yaratdığı şirkətdir. Son illərdə bu şirkətin Rusiyada, Ukraynada, Belarusda və Özbəkistanda olan ofislərində təxminən 50 min İT mütəxəssis çalışırdı.

Bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz facebook səhifəsində paylaşıb.

“Xatırlayıram ki, ötən ili Belarusda baş verən etiraz mitinqləri zamanı Lukaşenko “EPAM”ın rəhbərini etirazçları maliyyələşdriməkdə təqsirləndirmişdi. Şirkətin Belarus ofisində 10 mindən çox əməkdaş çalışırdı.

Bu nəhəng amerikan şirkəti Rusiya-Ukrayna müharibəsi başlayan kimi Rusiyada fəaliyyətini dayandırıb.

Maraqlıdır ki, “EPAM”ın minlərlə İT mütəxəssisi görəsən hara gedib ?

Veilən məlumatlara görə “EPAM” şirkəti daha münbit şərait olan ölkələrə üz tutduqlarını bildiriblər.

Bu sırada isə əsasən Gürcüstan, Özbəkistan (“EPAM”ın burada 2019-cu ildən ofisi vardı), Ermənistan və s. ölkələri əsas yer tutur .

Maraqlıdır ki, “EPAM” təkcə Özbəkistan ofisinə 1000 nəfərədək mütəxəssisi köçürə bilib. Mütəxəssilərin və onların ailələrinin miqrasiya xərclərini şirkət özü qarşılayıb.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu yaxınlardakı çıxışında Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu ölkəyə 3000-dən çox İT mütəxəssisin köç etdiyini açıqlayıb. Xatırladıram ki, son bir neçə ildə bu ölkədə İT və startap ekosistem üçün xeyli münbit şərait yaradılıb.

Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Gürcüstan və Ermənistana da ümumilikdə 20 mindən çox İT mütəxəssislərin gəldiyi haqqında məlumatlar verilib.

Ermənistan İT rəsmilərinin çıxışlarından görmək olar ki, bu ölkəyə bütöv İT şirkətlər miqrasiya edir.

Bəs “EPAM”dan , Rusiya, Ukrayna və Belarusdan köç edən digər şirkətlərdən Azərbaycana gələnlər olubmu ?

Bildiyim qədər, kollektiv formada, hökumətin dəvəti ilə ölkəmizə hər hansı İT köç baş verməyib.

Öz təşəbbüsləri ilə, hətta ailəlikcə köçənlərin olduğu bildirilir

.Hansı ki onlar ölkəmizdə əsasən frelance olaraq, distant formada işləyirlər.

Hökumətin bu istiqamətdə müəyyən düşüncələri, müzakirələri olsa da və İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə “Relokasiya Azərbaycan” adlı bir internet resurs hazırlansa da, xarici İT mütəxəssislərin ölkəmizə kütləvi köçü, relokasiyası baş verməyib.

Bəzi dövlət qurumları isə hətta EPAM-ın burada ofisinin açılması təşəbbüsü ilə çıxış ediblər.

Bildiyim qədər “EPAM” Azərbaycanda daha münbit şəraitin yaradılması şərtlərini irəli sürüb.

Bununla bağlı hökumətdə , elə İT aləmində də fikir ayrılıqlarının olduğu bildirilir.

Ümumiyyətlə isə, hələlik bizim hökumət xaricdən gələn İT qurumlar və mütəxəssislər üçün hansı şəraitin, güşətlərin yaradılacağı ilə bağlı bir rəcmi açıqlama verməyiblər.

Bir daha qərar qəbul edənlərimzin diqqətinə çatdırmaq istərdim ki, qonşularımız İT sektorun inkişafına ciddi yatırımlar edirlər.

Xaricdən gələn peşəkar İT şirkətlər üçün münbit şərait yaradırlar.

Bu isə o deməkdir ki, onsuz da İT sahəsində regionda güclü olan rəqabətdavamlılıqları daha da güclənəcək. Onlar İT eksportlarını yaxın 2-3 ilə xeyli artıracaqlar.

Azərbaycanda İT eksport ( təxminən 50 milyon) sahəsində vəziyyət olduqca pisdir, İT şirkətlərimizin rəqabətədavamlılığı zəifdir.

Xatıralyıram ki, “ASAN” yanında fəaliyyət göstərən aparıcı İT şirkətlərimizin “AZİNNEX” konsorsiumu bu istiqamətdə hansısa addımlar atırdı, lakin hələlik ortada hansısa bir irəliləyiş müşahidə olunmur. Bildiyim qədər onların indiyədək hər hansı təşəbbüsü reallaşmayıb.

Bir daha xatırlatmaq istərdim ki, İT eksport Gürcüstanda təxminən 300 milyon, Ermənistanda 0.5 milyard, Ukraynada 7 milyard dollar civarındadır.

Son zamanlar baş verən relokasiya prosesləri isə onu deməyə əsas verir ki, yaxın zamanlarda adı çəkilən ölkələrdə İT sektorda çox ciddi irəliləyişlər ola bilər.

Biz isə, təəssüf ki, çox gecikirik.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022
Ekspert:İldırım sürətli İT inkişaf

Ekspert:İldırım sürətli İT inkişaf

22-06-2022
Ekspert: “Rusiya və Ukraynadan İT mütəxəssislərini Azərbaycana cəlb etməliyik”

Ekspert: “Rusiya və Ukraynadan İT mütəxəssislərini Azərbaycana cəlb etməliyik”

16-03-2022
İRİA: “Epam Systems”in Azərbaycana gəlmə prosesi yekunlaşmaq üzrədir

İRİA: “Epam Systems”in Azərbaycana gəlmə prosesi yekunlaşmaq üzrədir

11-09-2025
 İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub

İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub

16-06-2026
ABŞ-in İT və rəqəmsal transformasiya şirkəti Azərbaycana gəlir

ABŞ-in İT və rəqəmsal transformasiya şirkəti Azərbaycana gəlir

12-08-2025
Ukraynadakı müharibə nəticəsində işsiz qalan İT mütəxəssis Azərbaycana köçə bilərmi?

Ukraynadakı müharibə nəticəsində işsiz qalan İT mütəxəssis Azərbaycana köçə bilərmi?

31-03-2022
Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

10-04-2026
İRİA və "EPAM Azərbaycan" "Karyera Mükəmməlliyi" proqramına start verir

İRİA və "EPAM Azərbaycan" "Karyera Mükəmməlliyi" proqramına start verir

17-03-2026
Rusiyadan Azərbaycana nə qədər İT mütəxəssis gəlib?-Rəsmi

Rusiyadan Azərbaycana nə qədər İT mütəxəssis gəlib?-Rəsmi

16-12-2022
Ekspert: Azərbaycan interneti kifayət qədər  dayanıqlıdırmı?

Ekspert: Azərbaycan interneti kifayət qədər dayanıqlıdırmı?

14-03-2022
İranın İnnovasiyalar Fondunun rəhbəri İnnovasiyalar Agentliyində olub

İranın İnnovasiyalar Fondunun rəhbəri İnnovasiyalar Agentliyində olub

17-10-2019
Azərbaycanı tərk edən İT mütəxəssislər

Azərbaycanı tərk edən İT mütəxəssislər

28-04-2017
Ölkəmizə cəlb ediləcək əcnəbi İT mütəxəssisləri nə gözləyir?-ŞƏRH

Ölkəmizə cəlb ediləcək əcnəbi İT mütəxəssisləri nə gözləyir?-ŞƏRH

13-01-2023
"Caucasus Ventures" fondu neçə startapa yatırım edib?

"Caucasus Ventures" fondu neçə startapa yatırım edib?

04-05-2023
Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022
Rusiya “Euronews” saytına giriş məhdudlaşdırılıb

Rusiya “Euronews” saytına giriş məhdudlaşdırılıb

22-03-2022
Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

13-09-2022
Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

14-04-2022
Azərbaycanda neçə startap var?

Azərbaycanda neçə startap var?

13-03-2024
“Turk trade” platformasının yaradılması təklif edilib

“Turk trade” platformasının yaradılması təklif edilib

21-05-2025
Ekspert:görəsən FHN, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi ?

Ekspert:görəsən FHN, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi ?

19-08-2022
Ekspert : "Yeni nəsil şəxsiyyət vəsiqələri ortada yoxdur"

Ekspert : "Yeni nəsil şəxsiyyət vəsiqələri ortada yoxdur"

22-10-2018
Azercell –də nə baş verir ?

Azercell –də nə baş verir ?

24-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə