Previous Next
Bağla

Xarici işçi qüvvəsinə icazələrin verilməsi təkmilləşdirilir

19-09-2015 13:50
Xarici işçi qüvvəsinə icazələrin verilməsi təkmilləşdirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Dövlət Miqrasiya Xidməti (DMX) arasında informasiyaların əldə olunması üçün elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün razılıq əldə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə xarici vətəndaşlar üçün əmək miqrasiyasının innovativ rəqabətə davamlı milli iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə hazırlanmış təkliflərin müzakirəsi keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müşavirədə çıxış edərək hazırda siyasi və iqtisadi böhran prosesləri səbəbindən əksər ölkələrdə iqtisadi fəallığın və investisiya qoyuluşlarının azaldığını, belə şəraitdə çoxsaylı iş yerlərinin ixtisar edildiyini bildirib: “Azərbaycanda isə Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində iqtisadi artım və ölkə iqtisadiyyatına investisiyaların yatırılması prosesi davam edir. Bu isə ölkəmizin əmək bazarının xaricilər üçün getdikcə daha cəlbedici olması, ölkəmizə gələn xarici işçi qüvvəsinin çoxalması ilə müşahidə olunur. Təkcə bu ilin birinci yarımilində ƏƏSMN-ə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün DMX-dən göndərilən müraciətlərin sayı 9357 ədəd olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 11,8 faiz çox olub. Lakin bu müraciətlərin yalnız 7 faizə yaxın hissəsinin yüksək ixtisaslı mütəxəssislərə aid olması təəssüf doğurur və milli əmək bazarının ixtisassız əcnəbi işçi qüvvəsindən qorunması, yüksək ixtisaslı mütəxəssislərin iqtisadiyyatımıza cəlb edilməsinin stimullaşdırılması məsələsini aktuallaşdırır”.

S.Müslümov bu məsələnin Azərbaycan Prezidentinin diqqətində olduğunu və dövlət başçısının 2014-cü il 24 dekabr tarixli Fərmanında bununla əlaqədar konkret tapşırığın verildiyini vurğulayıb: ”Fərmanda ƏƏSMN və DMX-ə milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsi, habelə ölkədə innovativ rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması (patentləşdirmə) mexanizminin yaradılması üçün təkliflərin hazırlanması tapşırılıb. Hər iki qurum tərəfindən müvafiq təkliflər artıq hazırdır və müzakirələr şəraitində onlar daha da təkmilləşdirilərək dövlət başçısına təqdim olunacaq”.

DMX-nin rəisi Firudin Nəbiyev ixtisassız əcnəbi miqrantların ölkəmizə axınının qarşısının alınması üçün Xidmətin həyata keçirdiyi tədbirlər barədə məlumat verib, hazırlanan yeni təkliflərin bu sahədə mexanizmin təkmilləşməsinə səbəb olacağını bildirib. Tədbirdə hazırlanan təkliflər ətraflı müzakirə olunub. Təkliflərdə bir sıra prinsipial məqamlarla yanaşı, əmək bazarında ilk növbədə yerli işçi qüvvəsindən istifadəyə üstünlük verilməsi, yalnız müvafiq ixtisaslar üzrə yerli işçi qüvvəsi yetərli olmadığı halda həmin ixtisaslar üzrə iş yerlərinə əcnəbi işçi qüvvəsinin buraxılmasına icazə verilməsi məsələsi də əksini tapıb.

Müzakirə zamanı bu məsələ ilə əlaqədar milli əmək bazarında iştirak üçün xarici işçi qüvvəsinə icazələrin verilməsi zamanı aidiyyəti informasiyaların əldə olunması üçün iki qurum arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi, habelə əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin imkanlarından miqrasiya orqanlarının geniş istifadə edə bilməsi barədə razılıq əldə olunub.

 

Mirvari Nəcəf

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016

11 mindən çox əmək müqaviləsi elektron qeydiyyatdan keçib

07-12-2015

E-xidmətlərdən istifadə artıb

29-04-2015

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

Elektron informasiya sistemində 1 milyondan artıq müraciət qeydə alınıb

12-07-2016

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

08-09-2016

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015

ƏƏSMN-in e-xidmətlərinin statistikası açıqlanıb

10-07-2015

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

12-10-2015

Əmək müqaviləsi bildirişi ilə bağlı e-xidmətdən istifadə sayı hesablanıb

07-10-2015

Azərbaycanda ən çox istifadə olunan elektron xidmət hansıdır?

14-01-2015

Nazirliyin Çağrı mərkəzi 9 min müraciəti cavablandırıb

02-09-2015

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025

Nazirliyin bu e-xidmətinə 7 milyondan çox müraciət olub

01-05-2017

Nazirliyin Çağrı mərkəzinə daxil olan müraciətlərin statistikası açıqlanıb

03-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə