Previous Next
Bağla

Onlayn həyat-Təhlil

30-03-2018 20:21
Onlayn həyat-Təhlil

Hər dəqiqə insanlar Facebook-da 30 mln.-dan artıq mesaj və təxminən 350 min “tvit” göndərir, həmçinin Youtube-da 400 saat video yükləyirlər.

Dünya İqtisadi Forumunun proqnozuna əsasən 2018-ci ilədək 2,44 mlrd. insan, və yaxud dünya əhalisinin 32% -dən çoxu sosial şəbəkələrdən istifadə edəcək (2010-cu ildə həmin istifadəçilərin sayı 970 mln. və ya 14% təşkil edirdi). İstifadəçilərin sayına görə ən populyar sosial şəbəkələr: Facebook (ona məxsus olan Whatsapp və Facebook Messenger ilə birlikdə) və Çində ən böyük sürətli məlumat mübadiləsi servisi olan QQ və Qzone.

Deloitte proqnozlaşdırır ki, 2020-ci ilədək 5 mlrd.-dan artıq insan (əhalinin ⅔ hissəsi) sosial şəbəkələrdən istifadə edəcək.

Facebook - dünyanın ən iri sosial şəbəkəsidir, orta hesabla 1,2 mlrd. insan gündəlik olaraq ondan istifadə edir, ay ərzində fəal istifadəçilərin sayı 1,86 mlrd. nəfərə çatır (dekabr 2016-cı ilin məlumatına əsasən) – bu isə Çin və ya Hindistanın əhalisindən çoxdur.

Facebook 2004-ci ildə universitetdə qızlarla tanış olmaq üsulu kimi başlayırdı, indi isə sosial şəbəkələr bizneslərin qurğularını dəyişir. Artıq heç kimi heyrətləndirmir ki, banklar potensial borc alanların ödəmə qabiliyyətini qiymətləndirmək üçün sosial məlumatları təhlil edir, istehlak brendləri isə öz mal və xidmətləri ətrafında birlik yaradır.

Sosial şəbəkələrin və messencerlərin təsiri altında ənənəvi medianın transformasiyası bu tendensiyanın ən bariz nümunəsidir. Belə ki, televiziya reklam büdcələrinin hissəsini uduzmaq riskindədir. Hər gün təxminən 160 milyon Snapchat istifadəçiləri məşhur adamlar, televiziya və kinostudiyalar tərəfindən çəkilmiş və yüklənilmiş 10 milyard videoya baxırlar. TV-də reklam fasiləsi kimi, əlavədə bütün 1-2 dəqiqəlik videoəhvalatlara uzunluğu 10 saniyə olan reklam çarxları daxil edilir. Düzdür, televiziya reklamından fərqli olaraq, messencerlərdə çarxları asanlıqla buraxmaq olar, belə ki, orada yalnız orijinal və maraqlı reklam işləyir.

Lakin sosial şəbəkələr istifadəçilər uğrunda yalnız öz aralarında deyil, həm də messencerlər ilə rəqabət aparmağa məcburdu. Facebook Messenger, Whatsapp, Wechat və Viber-in auditoriyası ilk dəfə 2015-ci ilin 1-ci rübündə dörd ən iri sosial şəbəkələrin (Facebook, Twitter, Linkedın və Instagram) auditoriyasını ötüb və o vaxtdan fərq artır. Google və Uber-in hazırlanmasında aparıcı vəzifələrdə çalışmış Kris Messina 2015-ci ilin axırında yazıb ki, yaxın illər "danışıq kommersiyası" (“conversational commerce”) illəri olacaq. Şirkətlər messencer və çatlar vasitəsilə müştərilərlə ünsiyyətdə olacaq, özü də bunu, yalnız canlı əməkdaşlar deyil, həm də botlar edəcəklər.

Sosial şəbəkələrin və messencerlərin korporativ məqsədlər, o cümlədən əməkdaşlar arasında kommunikasiya üçün istifadəsi digər vacib məqamdır. Facebook 2015-ci ildə “Facebook at work” adlı korporativ platformasını işə salmışdır. Korporativ çat-platformalar bir neçə texnologiyaları - yalnız ani mesajları deyil, həm də qrup çatları, faylar mübadiləsini, videorabitəni – bir sözlə işçi qrupunun daxilində kommunikasiya üçün lazım ola biləcək bütün faylları birləşdirir. Bu bazarda üç əsas oyunçu var: Skype for Business, Google Hangouts və Slack. Baxmayaraq ki, elektron poçt (şirkətlərin 98% onu istifadə edir və 52% inanmır ki, yaxın üç-beş ildə onu əvəz etməyə qadirdi) korporativ kommunikasiyaların kralı olaraq qalır, çat-platformalarından şirkətlərin 42% istifadə edir, özü də, 500-dən çox əməkdaşı olan müəssisələrin arasında , onlar daha məhşur - 53.

Asiya messencerləri mümkün xidmətlərin daxilində maksimum sayda toplanma yolu ilə gedir. Ən parlaq nümunə - Çinin Wechat, 2011-ci ildə Tencent şirkəti tərəfindən buraxılmışdır. 2016-ci ilin üçüncü rübündə Wechat-ın ayda 846 mln aktiv istifadəçi var idi, özü də bu rəqəm il ərzində demək olar ki, 200 mln artıb. 2015-ci ildə Wechat, hər bir insana lazım olan “City Services” ("Şəhər xidmətləri") platformasını yaradıb:

həkimin qəbuluna yazılmaq imkanı, taksi sifarişi, hadisə barədə polisə məlumat vermək, avia və ya kino biletlərin alışı, yemək sifarişi ve s.

Məhz buna görə bəziləri Wechat-ı mobil əməliyyat sistemi ilə bərabər tuturlar. Nəticədə Çində startapları əvvəlcə Wechat platformasında buraxırlar, yalnız bundan sonra öz şəxsi platformalarını hazırlayırlar. Şirkət artıq oflayn QR-kod üzrə ödənişlər ilə eksperiment aparır. 2017-cü ilin yanvar ayında isə Playmarket və Appstore analogiyası üzrə əlavələr mağazasını istifadəyə buraxıb. Wechat dərhal bir neçə problemləri həll edir: ehtiyac olmayan əlavələr arasında dəyişməsindən tutmuş sadə yaddaş həcminin həmin servislərin altında azaldılmasına gədər.

Baxmayaraq ki əlavənin yüklənməsi pulsuzdur, Wechat-ın istifadəçilərindən gələn orta gəlir $7 təşkil edir, bu dünyada ən populyar olan Whatsapp messencerindən 7 dəfə yüksəkdir. Qazancın təxminən yarısını oyununlardan əldə olunur, ikinci əsəs drayver isə elektron kommersiyadır.

Digər texnologiyalarda da olan və istifadəçilərin narahat olmaqına səbəb olan əsas problemlərdən biri - təhlükəsizlikdir. Bu ilin yanvarında Globalwebındex internet istifadəçiləri arasında 16 yaşdan 64 yaşadək sorğunun nəticələrini dərc edib.

Onların 61% -i qeyd edib ki, onların şəxsi məlumatların məxfiliyi məsələsi narahat edir. Sorğu 2015-ci ilin sonunda “Society for Human Resource Management” tərəfindən keçirilmiş sorğuya əsasən: 84% təşkilatlarının potensial əməkdaşlarının axtarışı üçün sosial şəbəkələrdən istifadə edir, 27% -i isə sosial şəbəkələrdə onların şəxsi səhifələrini yoxlayır, bir qayda olaraq, onların CV-dən namizəd haqqında daha çox məlumat almaq üçün istifadə edir. Belə praktika ilə potensial problemlər yaranır: Məsələn, şirkət beləliklə, namizıdin irqini, cinsini və hətta cinsi oriyentasiyanı müəyyənləşdirə bilər.

Hər bir texnoloji inkişaf və bizim gündəlik onlayn aktivliyimizin xeyli hissəsi kiber təhlükələrin inkişafına gətirib çıxardır. Kiber cinayətkarların məqsədi dəyişmir, amma onlayn həyata keçəndən sonra onların metodları və hücum texnologiyaları dəyişir. Tədricən onlayna keçən gündəlik fəaliyyət fırıldaqçılar üçün yeni imkanlar açır. Məsələn, polisə saxta onlayn-sorğusu prosesi elə pozula bilər ki, əsl tələbatı olan istifadəçi real təhlükədə qarşısında olan zaman, sorğunu polisə sadəcə çatdıra bilməyəcək, polis isə, öz növbəsində, öz resurslarını saxta sorğular sərf edəcək.

Bir çox insana populyar sosial şəbəkələrin daha bir xarakteristikası ədalətsiz gəlir, - odur ki, kontenti istifadəçilər yaradır, pulu isə şəbəkə alır, eyni zamanda akkaunt sahiblərinin məlumatlarından qazanır. Bununla bağlı desentralizasiya sosial şəbəkələrin blockchain bazasında edilmiş ideya yarandı. Nümunələrdən biri – Yours, kriptovalyuta üzrə sabiq baş mühəndis Çarlz Rayan Reddit tərəfindən buraxılıb: istifadəçilər kontentə "səs verə" bilərlər, hər "səs" üçün onlar az pul ödədikdən sonra həmin məbləğ kontentin yaradıcısı və onun lehinə “səs verən” digər insanlar arasında bölünür. Beləliklə, ən keyfiyyətli kontent dəstəklənməsi üçün stimul yaradılır. Əsasında bitkoin dayanır, Yours komandası isə sövdələşmələri rahat həyata keçirməsi üçün "ikinci qatı" protokolunu ağıllı müqavilələr (“smart contracts”) əsasında qurub.

Kaspersky Lab-ın Azərbaycandakı rəsmi nümayəndəsi

Müşviq Məmmədov

Xeberler.az-a özəl

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Facebook-un məşhurluğu MySpace-dən təxminən iki dəfə çoxdur

24-01-2009

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015

Aparıcı sosial şəbəkələrin adı açıqlandı

24-08-2015

“Facebook”un mobil istifadəçilərinin sayı 1,25 milyarda çatıb

23-04-2015

Tencent-in gəlirləri artıb

14-08-2015

Instagram-ın aylıq aktiv istifadəçi sayı 1 milyarda çatır

27-04-2017

Nar sosial media mükafatına layiq görülüb

14-02-2017

Sosial şəbəkə həvəskarları Böyük Britaniyaya baha başa gəlir

06-08-2010

Facebook şəxsi mesajları oxuyan sistem istifadəyə verib

03-06-2016

Facebook iş adamları üçün xüsusi şəbəkə yaradıb

19-11-2014

Facebook istifadəçilərinin sayı azalıb

03-05-2015

Facebook-un qeydiyyat sayı 120 mln. oldu

06-11-2008

Azercell bir daha sosial şəbəkələrdə lider oldu

04-08-2016

Bakcell internetdən limitsiz istifadə imkanı yaradır

14-06-2018

Facebook istifadəçilərdən üzr istəyib- Səbəb

12-11-2016

YouTube-da videoya ümumi baxış vaxtı Facebook-dan çoxdur

05-10-2015

WhatsApp növbəti rekorda imza atdı

01-08-2017

Hansı sosial şəbəkə daha təhlükəsizdir?-Araşdırma

04-11-2017

2012-ci ilədək dünya əhalisinin 30% internetdən istifadə edəcək

23-07-2008

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020

Sosial şəbəkələr biznes üçün təhlükə törədir

10-06-2015

Azercell Facebook-da birinci oldu

13-03-2015

Məşhur mesajlaşma tətbiqi WhatsApp-ı geridə qoyacaq

14-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə