“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025 / 17:01

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla”nın saytında ölkədə internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin təqdim etdiyi telekommunikasiya xidmətlərinin keyfiyyət monitorinqinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən aparılması ilə bağlı məqalə dərc olunub.

Xeberler.az bildirir ki, məqalədə qeyd olunur ki, İKTA tərəfindən “Speedtest” məlumatları əsasında operator və provayderlərin aylıq performans dinamikası izlənilir və obyektiv müqayisə aparılır, operator və provayderlərin bəyan etdiyi regional əhatə xəritəsi məlumatları real test nəticələri ilə tutuşdurulur, simulyasiya paneli vasitəsilə müəyyən operator və provayderlərin keyfiyyət dəyişikliklərinin milli orta göstəricilərə təsiri modelləşdirilir, hədəf sahə ölçmələrinin (drive test) keçirilməsi üçün marşrutların müəyyən edilməsində “CellAnalytics” məlumatlarından istifadə olunur.

İKTA rəqəmsal infrastruktur və keyfiyyət tənzimləməsində məlumat (data) əsaslı yanaşmalardan geniş şəkildə yararlanır. Xatırladaq ki, İKTA bundan irəli gələrək “Ookla” şirkəti ilə geniş əməkdaşlıq qurub. İKTA “Ookla" şirkətinin bir sıra xidmətlərindən, həmçinin şirkət tərəfindən təqdim olunan kütləvi mənbələrdən əldə edilən məlumatlardan (crowdsource data) proqnozlaşdırma, planlama və monitorinq məqsədləri üçün istifadə edir.

Beləliklə, həm operator və provayderlər arasında obyektiv müqayisə aparmaq imkanı yaranır, həm də telekommunikasiya sahəsində xidmət səviyyəsinin yüksəldilməsi təşviq olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə