Dünyaca tanınmış “Ookla” şirkətinin nümayəndələri Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) olublar.
Xeberler.az bildirir ki, görüşdə “Ookla”nın Yaxın Şərq və Afrika üzrə baş texniki meneceri Xalid Muhamməd, Yaxın Şərq və Afrika üzrə baş satış direktoru Osaman Nayveyseh və Yaxın Şərq və Afrika üzrə müştəri xidmətləri direktoru Əhməd Nəbəvi iştirak ediblər.
İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov qurumun “Ookla” ilə geniş əlaqələrinin olduğunu, şirkətin bir sıra xidmətlərindən Agentliyin istifadə etdiyini bildirib.
“Ookla” rəsmiləri xidmətlərdən istifadə zamanı yaranmış suallara aydınlıq gətiriblər. Görüşdə provayderlərdə quraşdırılmış “SpeedTest” serverlərinə olan performans tələbləri, serverlərin istismar qaydalarının pozuntu hallarının aşkarlanmasında dəstək, bu kimi halların real indeks göstəricilərini təhrifetmə imkanları, onların aradan qaldırılması üçün atılmalı olan tədbirlər, “Ookla”nın indeksləri hesablama metodologiyaları, “SpeedTest” indekslərinin internet telekommunikasiya xidməti göstərən operator və provayderlər üzrə ayrılıqda dərc edilmə imkanları müzakirə
olunub. İKTA nümayəndələri internet keyfiyyətinin ölçüləbilən olması məqsədilə hər bir operator və provayder üzrə internetin yükləmə və endirilmə sürətlərinin ayrı-ayrılıqda aylıq dərc olunmasına başlamaq niyyətində olduqlarını bildiriblər.
Həmçinin “Ookla” şirkəti tərəfindən istifadəyə verilən yeni xidmətlərin təqdimatı keçirilib.
Görüşdə İKTA əməkdaşlarına təlimlərin keçirilməsi və qaldırılan sualların geniş müzakirə edilməsi qərara alınıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları