ABŞ-ın “OpenAI” kompaniyası Kaliforniya ştatının Federal Məhkəməsində İlon Maska qarşı əks-iddia qaldırıb və onu gələcəkdə sahibkarın kommersiyalaşma ilə bağlı “hər hansı qeyri-qanuni və ədalətsiz hərəkətlərindən” qorumağı tələb edib.
Xeberler.az “Reuters”ə istinadən məlumat verir ki, “ChatGPT” çat-botunu yaradan şirkətin iddiasına görə, İlon Mask “OpenAI” təşkilatına zərər vurmaq üçün media hücumları və sahibkarın nəzarətində olan 200 milyondan çox izləyiciyə malik “X” sosial media platforması da daxil olmaqla əlində olan hər vasitəni işə salıb. “OpenAI” milyarderin vurduğu zərərə görə cavabdehlik daşımasını tələb edir.
Bundan əvvəl Kaliforniya məhkəməsi Maskın “OpenAI” və onun rəhbəri Sem Altmana qarşı kommersiyalaşma ilə bağlı vəsatətini rədd etmişdi.
İlon Mask 2024-cü ilin martında “OpenAI” və Sem Altmana qarşı iddia qaldırıb. Amerikalı milyarder şirkətin mənfəət məqsədilə ABŞ-ın texnologiya nəhəngi “Microsoft” tərəfindən dəstəklənən kommersiya təşkilatına çevrilməsinə qarşıdır. Maskın fikrincə, bu, onun 2015-ci ildə həmtəsisçi kimi imzaladığı müqaviləyə ziddir.
Qeyd edək ki, İlon Mask Sem Altman, İlya Sutskever, Qreq Brockman və başqaları ilə birlikdə 2015-ci ilin dekabrında “OpenAI” kompaniyasını təsis edib. 2018-ci ildə kompaniyadan ayrılan sahibkar 2023-cü ildə “xAI” adlı süni intellekt startapını qurub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları