“Oracle dünyasına səyahət” adlı seminar keçiriləcək

29-11-2015 / 17:45

Hər birimiz gündə ən azı bir neçə sayta daxil olur və ya onun vasitəsilə məlumatlar alır ? yaxud məlumat yerləşdirmək üçün istifadə edirik.

Şəxsi məlumatlarımızın yerləşdiyi sosial şəbəkələr, bizə gələn və bizim tərəfimizdən göndərilən elektron poçtlardakı məlumatlar necə saxlanılır və ya necə idarə edilir? 

Xeberler.az-ın məlumatına görə, IT SOLVE kursu bu məqsədlə dekabrın 6-da "Oracle dünyasına səyahət" adlı seminar keçirəcək.

Seminarda mütəxəssis Sərxan Allahverdiyev tədbir iştirakçılarına veb səhifələrin, proqram təminatının məlumat bazasının necə formalaşmasından, bunun üçün hansı İT həllərindən istifadə olunmasından danışacaq.

Seminarda iştirak etmək istəyən şəxslər buradan qeydiyyatdan keçə bilərlər.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə