Previous Next
Bağla

Ekspert: Orbitə buraxılan peyklərin axırı necə olacaq?

17-07-2021 20:30
Ekspert: Orbitə buraxılan peyklərin axırı necə olacaq?
"Məlum olduğu kimi göydə 3 peykimiz var, ikisi telekommunikasiya və birisi də yerin müşahidə peykidir. Üç peykin hazırlanması və orbitə qaldırılmasına da təxminən 1 milyard manat sərf olunub. “Azərkosmos” zaman-zaman açıqlama verir ki, bu peyklərimzidən əldə olunan gəlirlər artmaq üzrədir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, qurum təxminən 30 ölkə ilə peyk xidmətlərinin satışı üçün müqavilələr bağlayıb. Yəni hazırda bu xidmətlərdən ölkəyə xeyli valyuta daxil olur.
 
"Maraqlı məqam ondan ibarətdir ki, peyklərin ömrü məhduddur. Azerspace-1 peyki 2013-cü il fevralın 9-da kosmosa göndərilib. Peykin ömrünün 15 il olacağı nəzərə tutulurdu. Demək artıq bir peykimizn ömrünün yarısı gedib. “Azersky” peyki 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq. Demək onun da ömrünün çox hissəsi gedib. Yəni, bəlli bir müddətdən sonra peyklərimizin ömrü bitəcək və kosmos qəbirstanlığına göndəriləcək".
 
Belə olan halda sual yaranır ki, Azərkosmos-la müqaviləsi olan ölkələrlə xidmətlər necə davam etdiriləcək?
 
Azərbaycan orbitə yeni peyklər çıxarmağı planlayırmı?
 
Azərkosmos ölkələrlə müqavilələri davam etdirmək üçün orbitə yeni peyklər qaldıracaq, yoxsa peyklərin ömrü bitən kimi müqavilələrə də xitam veriləcək?
 
"Xatırlatmaq istərdim ki, peyklərimiz 44 günlük Vətən müharibəsi zamanı da qələbəmiz üçün xeyli töhfələr vermişdi və bunu dövlət başçısı da çıxışlarında xüsusi vurğulamışdı. Bu baxımdan da yuxarıdakı suallar kifayət qədər ciddi suallardı.
 
Düşünürəm ki, yerin müşahidə peyki ilə bağlı münasibət birmənalı olmalıdır və bu tip peyklərin, daha innovativ modellərinin buraxılması istiqamətində işlərin davam etdirilmısi doğru olardı. Yəni, Azərkosmos-un ləngimədən AzerSky2 peykinin hazırlıqlarına başlaması məntiqli olardı.
 
O ki qaldı telekommunikasiya peyklərinin buraxılmasına, düşünürəm ki, burada ciddi araşdırmalar olmalıdır.
 
Əlbəttə çoxlu sayda ölkələrlə olan müqavilələr və onlardan ölkəmizə daxil olan valyutalar mühüm əhəmiyyət kəsb edir. Və bu ölkələr xidmətləri almaqda israrlıdırlarsa, 30 ölkəni əldən vermək nə dərəcədə doğru olardı.
 
Bu baxımdan Azərkosmos-un daha ucuz variantda, daha kiçik qabaritli, digər ölkələrlə əməkdaşlıqla bu tip peyklərin buraxılmasını nəzərdən keçirməsi məqsəduyğun olardı.
 
Amma nəzərə almaq lazımdır ki, artıq bu bazara yeni oyunçular daxil olur, Starlİnk , OneVeb kimi layihələr göy üzünü bürüyüb.
 
Az müddətə göydə kiçik qabaritli telekommunikasiya peykləri hökmranlıq edəcək. Bir sıra ölkələr, məsələn, Kazaxstan KazSat telekommunikasiya peyklərinin buraxılmasından imtina ilə bağlı açıqlama da verib. Bu ölkənin Rusiya tərəfindən hazırlanan bir peyki də ötən illərdə kosmosda yoxa çıxmışdı.
 
Düşünürəm ki, NRYTN, Azərkosmos peyklərimizin davamlılığı məsələsinə indidən aydınlıq gətirməlidir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
10 yaşlı peykimiz ümidləri doğruldubmu?-ŞƏRH

10 yaşlı peykimiz ümidləri doğruldubmu?-ŞƏRH

08-02-2023
Ekspert Azerspace -2 haqqında danışdı

Ekspert Azerspace -2 haqqında danışdı

26-09-2018
Azərbaycanın növbəti peykləri hansılar olmalıdır?-Şərh

Azərbaycanın növbəti peykləri hansılar olmalıdır?-Şərh

01-11-2022
Azerspace-2 peyki orbitə neçəyə buraxılacaq?

Azerspace-2 peyki orbitə neçəyə buraxılacaq?

19-09-2018
Azərbaycanın orbitə hansı peykləri buraxacağı məlum oldu-Rəsmi

Azərbaycanın orbitə hansı peykləri buraxacağı məlum oldu-Rəsmi

15-11-2022
Savaş kosmosa çıxdı: Peyklər səmanı zəbt etdi, yer qalmadı

Savaş kosmosa çıxdı: Peyklər səmanı zəbt etdi, yer qalmadı

06-05-2021
Ekspert : Azərkosmos fəaliyyətini daha da canlandırsa gəlirləri artırmaq mümkün olar

Ekspert : Azərkosmos fəaliyyətini daha da canlandırsa gəlirləri artırmaq mümkün olar

08-02-2019
Azərbaycanın ilk peyki orbitə buraxıldı

Azərbaycanın ilk peyki orbitə buraxıldı

08-02-2013
Azerspace-2 sınaq orbitinə çatdı

Azerspace-2 sınaq orbitinə çatdı

19-12-2018
Azərbaycan İsrail şirkətləri ilə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb

Azərbaycan İsrail şirkətləri ilə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb

11-05-2023
Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019
Çin peyklərin sayına görə dünyada ikincidir

Çin peyklərin sayına görə dünyada ikincidir

12-01-2016
"Yeni peykin orbitə çıxarılması üçün beynəlxalq nüfuzlu şirkətlərlə danışıqlar aparılır"

"Yeni peykin orbitə çıxarılması üçün beynəlxalq nüfuzlu şirkətlərlə danışıqlar aparılır"

26-04-2023
Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018
Azerspace-2-nin orbitə buraxılması istiqamətində hazırlıqlar nə yerdədir?

Azerspace-2-nin orbitə buraxılması istiqamətində hazırlıqlar nə yerdədir?

31-08-2015
Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq

Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq

10-07-2023
Azərbaycan peyk layihələrinə təxminən 700 milyon manat investisiya yatırıb

Azərbaycan peyk layihələrinə təxminən 700 milyon manat investisiya yatırıb

11-05-2023
Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

Azerspace-2 peykinin orbitə buraxılmasından 1 il ötür

26-09-2019
Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

05-12-2018
Fevralın 8-də Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

Fevralın 8-də Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

05-02-2013
Azərbaycanın növbəti peykinin orbitə buraxılacağı vaxt açıqlanıb

Azərbaycanın növbəti peykinin orbitə buraxılacağı vaxt açıqlanıb

05-04-2024
Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015
Azerspace-1 peykinin şəkilləri teleskop ilə çəkiləcək

Azerspace-1 peykinin şəkilləri teleskop ilə çəkiləcək

16-04-2016
Azerspace-2 peyki kommersiya fəaliyyətinə başlayıb

Azerspace-2 peyki kommersiya fəaliyyətinə başlayıb

01-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə