Previous Next
Bağla

Ermənistan Azərbaycanın tezlik resurslarından istifadə hüququ əldə edib?

13-06-2020 11:24
Ermənistan Azərbaycanın tezlik resurslarından istifadə hüququ əldə edib?

Azərbaycanla Ermənistan arasında tezlik spektrin tənzimləməsi məsələsinin Beynəlxalq Telekommunikasiya İttifaqında müzakirəsi ilə bağlı ötən illər mediada bir neçə dəfə məlumatlar verilmişdi.

BTİ rəsmilərinin açıqlamalarından görünürdü ki, bu sahədə ciddi problemlər var.
Hiss olunurdu ki erməni tərəfi sərhədyanı regionlarda tezlik resurslarından daha sərbəst istifadə hüququ qazanmaq istəyirlər. Azərbaycanın aidiyyatı qurumları bu müzakirələrin yekunu haqqında son günlərədək açıqlama verməmişdi.

Lakin iki gün öncə Ermənistan rabitə naziri Akob Arşakyan açıqlayıb ki, BTİ-nin vasitəçiliyi ilə Azərbaycanın rabitə təmsilçiləri ilə aparılan danışıqlar nəticəsində sərhəddəki tezliklər məsələsində müzakirələr olunub, razılaşma nəticəsində Ermənistan 134 tezlikdən sərbəst istifadə hüququ əldə edib.

Bundan sonra bizim Nazirlik açıqlama yayıb və maraqlıdır ki, bu açıqlamada 134 tezlik məsələsinə deyil, bizim radioyayım stansiyalarının BTİ-də qeydiyyatına diqqət yönəldib.

Məlum olub ki Ermənistan bizim radio yayım stansiyalarının BTİ-də qeydiyyata alınmamasına, bununla da fəaliyyətinə maneələrin yaranmasına səbəb olurmuş. NRYTN bununla bağlı tədbirlər görüb, Azərbaycanın radio yayım stansiyalarının qeydiyyata alınması, Ermənistanın etirazlarına baxmayaraq, təmin edilib. Müzakirələr nəticəsində Tovuz, Qazax, Naxçıvan və digər ərazilərdəki radiostansiyalarımıza maneələr aradan qaldırılıb. Bunlar uğurlu addım kimi qəbul edilə bilər.

Amma NRYTN açıqlamasından da görünür ki, nəyinsə qarşılığında Ermənistan özünün əsassız etirazlarnı geri götürüb.

Sual olunur, nəyin qarşılığında ?

Hansı məsələlərdə erməni tərəfə güzəştə gediliib ? Əgər sadəcə hər iki tərəfin mövcud radio yayımlarının istifadə etdikləri 134 tezlik resursunun kordinasiyasından söhbət gedirsə onda nə üçün NRYTN konkret bu məsələyə deyil tamam fərqli bir məqama diqqət yönəldir ?

Bu, ümumiyyətlə tezliklərin bir kordinasiya məsələsidir, yoxsa konkret hansısa tezlik spektrinin güzəştindən söhbət gedir ?

Nə üçün bizim sərhədyanı regionlarda bizim radiostansiyalar deyil əsasən erməni radioyayımlar fəaliyyət göstərir ? Nə üçün bizim radioyayımlara sərbəst olan tezliklərdən istifadəyə imkanlar yaradılmır ?

Allahın bəxş etdiyi, dövlətə məxsus olan tezlik resursundan qeyri-effektiv istifadə dövləti maliyyə resurslarından məhrum etməklə bərabər, həm də təhlükəsizlik məsələsidir.

Ölkənin dayanıqlı informasiya infrastrukturunda milli tezlik spektrindən effektiv istifadə mühüm rol oynayır.

Azərbaycanda tezlik resursu dövlətə məxsusdur. Tezliklərin müxtəlif məqsədlər üçün istifadəsi Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyası və NRYTN–nin səlahiyyətindədir. Eyni zamanda Dövlət Radiotezliklər idarəsi də tezliklərdən istifadə məsələlərinə kontrol edir. MTRŞ adı çəkilən qurumların aydrıdığı sərbəst tezliklərdən teleradio məqsədləri üçün istifadəni təmin edir.

Bir qədər anlaşıqlı formada qeyd etmək istərdim. Tezlik resursu dövlətə məxsus olduğundan, erməni nazirin 134 tezlikdən istifadə hüququnun əldə edilməsi ilə bağlı açıqlaması anlaşıqlı fomada o deməkdir ki, onlar bizə məxsus 134 yüksəkliyi ələ keçirdiyini iddia edir, onlar bizə məxsus 134 hərbi texnikanı ələ keçirdiyini iddia edir və s. Doğurdanmı bu belədir? Yoxsa bu növbəti erməni fitnəkarlığıdır?

Düşünürəm ki NRYTN ciddi, detallı bir açıqlama verməlidir. Hökumət, Nazirlər Kabineti yanında Radiotezliklər Dövlət Komissiyası baş verənlərə aydınlıq gətirməlidir.

Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DRİ tezlik nominalların təlimata uyğun istifadəsinə nəzarəti gücləndirir

07-01-2010

Ekspert: “Radiotezliklərin səmərəli və effektiv istifadəsi üçün komissiyanın ”mülkiləşməsi" mühüm şərt idi"

09-05-2021

Ekspert müsabiqəyə çıxarılan radiotezliklə bağlı mübahisəyə rəy bildirib

12-12-2019

Radiotezliklər üzrə Dövlət Komissiyası 12 müəssisə və təşkilata yeni tezliklər ayırıb

31-08-2009

Ekspert: “Tezlik mənimdir, özüm bilərəm” dövrü başa çatdı

04-10-2022

Əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması proseduru sadələşdirildi

13-07-2022

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022

Nazirlikdə daha bir təyinat

07-05-2018

Azərbaycan və Gürcüstan tezliklərlə bağlı məsələləri razılaşdıracaqlar

27-09-2010

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

06-11-2009

Azərbaycanın radiotezlik üzrə layihə qrupunun iclasında iştirak edib

23-06-2021

Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

13-03-2026

Azərbaycan İnternet Forumunun məlumatı

26-12-2008

Azərbaycanda aşağı tezlik diapazonları hərrac yolu ilə veriləcək

04-07-2019

Bu il mobil operatorlara 5G lisenziyası verilə bilər

08-01-2024

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025

Kabel TV-nin tezlikləri mobil operatorlara veriləcək

09-08-2015

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

11-06-2024

Azərbaycanda radiotezliklərin tam idarə olunması təmin edilib

23-05-2015

Ekspert: "Generallar Komissiyası” haradadır?

02-03-2021

İnternet televiziyaları inkişaf etdirmək üçün onları lisenziyalaşdırmağa ehtiyac yoxdur

04-03-2013

Media Hüququ İnstitutu dövlət qurumlarını məhkəməyə verib

12-11-2009

Azərbaycan Cenevrədə keçirilən Ümumdünya Radiorabitə Seminarında iştirak edir

10-12-2010

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə